Siyasət

Arizona Senatında Azərbaycanın təqdimatı keçirilib

13 Fevral 2019 10:29

ABŞ-ın Arizona Ştat Senatının plenar iclasında Azərbaycanın təqdimatı keçirilib. Təqdimatda Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edib. Olaylar.az bildirir ki, iclasda çıxış edən Senator Ceyven Mesnard senatorlara Azərbaycan haqda məlumat verib. O, Azərbaycana səfəri zamanı ölkəmizdə şahidi olduğu iqtisadi inkişaf, dinlərarası harmoniya, multikulturalizm və tolerantlıq ənənələrinin, müxtəlif dini və etnik mənşəli insanların sülh və əmin-amanlıq şəraitində birgə yaşamasının onda xoş təəssüratlar yaratdığını diqqətə çatdırıb. Daha sonra C.Mesnard Azərbaycanın Los Ancelesdəki baş konsulu N.Ağayevi senatorlara təqdim edib.