Deputatımız Mərakeşdə səfərdə olacaq

Milli Məclisin deputatı Gövhər Baxşəliyeva İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı Konfransının (İƏTPİ) 14-cü sessiyası və bununla əlaqədar tədbirlərdə iştirak etmək üçün martın 10-da Mərakəşin Rabat şəhərinə səfərə gedəcək. MM-dən "Olaylar"a verilən məlumata görə, toplantıda quruma üzv ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və diqər aktual məsələlər müzakirə olunacaq.Millət vəkili mövzularla bağlı öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək. Səfər martın  16-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31