Siyasət

"Sumqayıt hadisələri 1990-cı illərin əvvəllərində SSRİ təhlükəsizliyi orqanları ilə ermənilərin birgə hazırladığı planı idi"

27 Fevral 2019 14:45

"Son dövrlərdə ermənilər Sumqayıt hadisələrini qabartmaqla onlar tərəfindən 1992-ci ildə azərbaycanlılara qarşı həyata keçirilən ən dəhşətli faciə olan Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirilən işlərə kölgə salmağa cəhd edirlər. Hər kəsə məlumdur ki, Sumqayıt hadisələri 1990-cı illərin əvvəllərində SSRİ təhlükəsizliyi orqanları ilə ermənilərin birgə hazırladığı planı idi və bu plan heç bir azərbaycanlının əli olmadan həyata keçirilib”. Bu fikirləri Olaylar.az -a açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.