Siyasət

Ali Baş Komandan İlham Əliyev: "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

1 Oktyabr 2020 13:29

Ötən gün Azərbaycan Respublikasının  Prezidenti, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşdülər. 

Makronun fikirləri Fransanın Ermənistan tərəfinin mövqeyini dəstəklədiyini göstərir

1 Oktyabr 2020 13:27

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev  Fransa prezidentinin son bəyanatına münasibət bildirib. “Olaylar” xəbər verir ki, Fərid Şəfiyev deyib ki, sentyabrın 30-da Fransa Prezidenti Emmanuel Makron tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş verən son hadisələrə dair verilən bəyanat və orada ifadə olunan fikirlər təəssüf ki, Fransanın bu çətin və gərgin mərhələdə Ermənistan tərəfinin mövqeyini dəstəklədiyini göstərir: “Bu, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi icra etdiyi funksiyasını ciddi şəkildə şübhə altında qoyur. Hesab edirəm ki, Fransanın müvafiq rəsmi dairələri bu ölkənin vasitəçi kimi hansı mövqedən fəaliyyətini davam etdirəcəyi barədə açıqlama verməlidir”.

Türkiyə Azərbaycanla qardaş və strateji müttəfiq ölkədir

1 Oktyabr 2020 13:19

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Rusiyanın “Rossiya l” telekanalına müsahibə verərək sentyabrın 27-də Ermənistanın təxribatı nəticəsində başlanmış müharibə haqqında həqiqətləri böyük auditoriyaya çatdırdı. Dövlət başçısı konkret faktlar və məntiqi izahatlarla  Rusiya ictimaiyyətini Ermənistanın təxribatları, işğalçılıq və təcavüz siyasəti haqqında bilgiləndirdi, eləcə də bir sıra qaranlıq məqamlara aydınlıq gətirdi

Ermənistanın təxribatçı əməllərinin hədəfi mülki Azərbaycan əhalisidir

1 Oktyabr 2020 13:08

İşğalçı dövlətə qarşı ciddi sanksiyalar tətbiq edilməlidir

Azərbaycan cəmiyyəti siyasi dünyagörüşü və tutduğu mövqedən asılı olmayaraq dövlətlə bir sıradadır

1 Oktyabr 2020 12:59

Məhz bu birlik və bərabərlik, həmrəylik Azərbaycanı düşmənlə mübarizədə qalib edir

Dünya birliyi Azərbaycanın haqq səsinə səs verir

1 Oktyabr 2020 12:49

Məlum olduğu kimi Ermənistan silahlı qüvvələri sentyabrın 27-də səhər saatlarından başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qalıb.

Qərbi  Azərbaycanın  tarixi, dini... zənginliyi, Zəngi və Vedi çaylarının  hövzəsi  

1 Oktyabr 2020 12:38

   Çar Rusiyasının generalı, kartoqraf  A.A.İlyin tərəfindən tərtib edilmiş xəritələrdə, E.Kondratenkonun “İrəvan quberniyasının etnoqrafiyası” (1886) kartoqrafik təsvir vasitəsində Araz, Zəngi və Vedi çayları hövzəsinin, Göyçə gölü ətrafı yaşayış məntəqələrinin, oroqrafik yer adlarının bütünlüklə türk-məsəlman mənşəli olduğunu göstərmişlər.

Səfir AGİ xəbər agentliyinə Ermənistanın son hərbi təxribatlarına dair müsahibə verdi 

1 Oktyabr 2020 12:33

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin nüfuzlu AGİ xəbər agentliyinin jurnalisti Titti Giammetta-ya müsahibəsi dərc olunub. Müsahibəsində diplomat qeyd edib ki, 27 sentyabr tarixində səhər saatlarından etibarən Azərbaycanın yalnız hərbi mövqeləri yox, eyni zamanda, mülki yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin hücumlarına məruz qalmaqdadır. Olaylar.az bildirir ki, bu xüsusda, hazırda Azərbaycan ordusunun gördüyü əməliyyatlar özünümüdafiə hüququ çərçivəsində cavab tədbirləridir. “Məhz Ermənistanın ordusunun belə bir hücumu nəticəsində iki uşaq da daxil olmaqla bir ailənin bütün üzvləri qətlə yetirilib. Bu, Ermənistanın 30 ildir davam etdirdiyi, Dağlıq Qarabağ da daxil olmaqla ərazilərimizin 20%-nin işğalı ilə nəticələnmiş təcavüzkar siyasətinin davamıdır”, deyə M.Əhmədzadə bildirir.