Qərbi Azərbaycanın tarixi, dini... zənginliyi, Zəngi və Vedi çaylarının hövzəsi
Çar Rusiyasının generalı, kartoqraf A.A.İlyin tərəfindən tərtib edilmiş xəritələrdə, E.Kondratenkonun “İrəvan quberniyasının etnoqrafiyası” (1886) kartoqrafik təsvir vasitəsində Araz, Zəngi və Vedi çayları hövzəsinin, Göyçə gölü ətrafı yaşayış məntəqələrinin, oroqrafik yer adlarının bütünlüklə türk-məsəlman mənşəli olduğunu göstərmişlər.
1 Oktyabr 2020 12:38 Sosial"Göyçə gölünün cənub-qərbində silsilə təşkil edən Əhməngən dağının Arxacın (1926 m) yüksəkliyində yerləşən Cigin kəndinin yamacından başlayan Zəngi çayı (əski adı Çaldır çayı) Zəngibasar mahalının alçaq dağlıq və düzən hissəsindən, 141 km məsafədə axaraq Ağrıdağ vadisində Araz çayına soldan birləşir. Vedi çayı Göyçə gölünün cənubundakı Xosrov dağlıq yaylasından başlayaraq (64 km) Vedibasar mahalının kəndlərinin ərazisini kəsib keçir və Araza qovuşur. Bu çayların hövzəsində müsəlman-türk mədəniyyətinin ən qədim dövr mərhələsinə aid olan maddi-dini abidələri, yer adlarının etimoloji- morfoloji mənasını əks etdirən çoxsaylı toponimlər bölgənin zəngin morfoloji mənasını əks etdirən çoxsaylı toponimlər bölgənin zəngin tarixi keçmişindən xəbər verir."
Çar Rusiyasının generalı, kartoqraf A.A.İlyin tərəfindən tərtib edilmiş xəritələrdə, E.Kondratenkonun "İrəvan quberniyasının etnoqrafiyası" (1886) kartoqrafik təsvir vasitəsində Araz, Zəngi və Vedi çayları hövzəsinin, Göyçə gölü ətrafı yaşayış məntəqələrinin, oroqrafik yer adlarının bütünlüklə türk-məsəlman mənşəli olduğunu göstərmişlər.
SSRİ EA-nın Şərqşünaslıq İnstitunun professoru, tarix elmləri doktoru E.A.Qrantovskinin (1932-1995) və arxeoloq-tarixçi B.V.Texovun (1930) Qafqaz regoinunda skif, kimmer, sak... tayfalarının ictimai-siyasi və hərbi fəaliyyətləri, dövlət quruculuğu barədə fundamental elmi-nəzəri, tədqiqat əsərlərində Cənubi Qafqazda, xüsusilə Azərbaycan, eləcə də Qərbi Azərbaycan tarixi-coğrafi ərazilərində türk mənşəli toponimlərin (antro-etno-oronimlərinin) geniş yayılmasını yerli, kökənli xalqlarının etno-morfoloji, genetik əsasları ilə tarixi-filoloji qiymətləndirilməsini aprmışlar.
Qərbi Azərbaycan ərazisinin məskunlaşma tarixindən (e.ə. VII-V minilliklər xüsusilə) başlayaraq qəbilə-tayfa icmalarının ictimai-sosial münasibətlərinin, davranış və həyat tərzinin, danışıq-ifadə tərzinin və tələffüzünü qoruyucusu kimi formalaşan yer adlarının, sonrakı mərhələdə dini dünyagörüşünün, elmi-mədəni irsinin bütünlüklə əski müsəlman-türk mənbəyindən qaynaqlandığına şübhə qalmamışdır.
Mürtəce, qanlı-qalxanlı hay kilsəsinin və ibtidai hay sürüsünün dünya miqyasında dövlətimizə və xalqımıza qarşı apardığı soyqırım siyasətinin faciələri nə qədər davamlı və ağır olsa da, Qərbi Azərbaycan hüdudları ilkin müqəddəsliyini adlarında belə yaşatmaqdadır.
Bu baxımdan Zəngibasar və Vedibasar mahalları xüsusilə zənginliyi və əski müqəddəsliyi ilə fərqlənir.
Əsasən qar və yağış suları ilə qidalanan Zəngi çayının çoxsululuq dövründə (payızın sonu və yazın ortaları) yataq boyunca aşıb-daşdıqda (1966-1967-ci illərdə "Ağdədə ocağı"nı sel basmışdı) gurulutusu, səsi-küyü "Cəngi" sədalarını xatırlatdığı üçün ona "Cəngi" adı verilib və bu hidrotoponim yerli şivə-dialekt tələffüzünə, fonetik-dil üslubuna uyğun dəyişilərək "Zəngi" toponimi kimi qəbul edilmişdir. Çay hövzəsi, əski müsəlman-türk dünyasının yaşayış məntəqələri "Zəngibasar mahalı" və ya "Zəngi çayının keçdiyi ərazilər" adlanıb və 1828-1830-cu illərədək bütünlüklə sırf türk toponimlərini özündə yaşadmışdır və bu hal bir daha təsdiq edir ki, həmin dövrədək bu yerlərə ibtidai protohay sürüsünün (indiki hay) murdar ləpiri belə dəyməmişdir.
Yuxarıda adı çəkilən tədqiqatçılardan başqa təkcə, XIX əsr ərzində bu bölgəyə səyahət etmiş bir çox əcnəbilərin (flamandiyalı monax, səyyah Vilhelm de-Rubrukun (1220-1293) "Şərq ölkələrinə səyahət" adlı səfər təəssüratı; ingilis səfiri C.Moriyerin (1780-1849) "Hacı Babanın İsfahandan başlayan səyahəti" romanı; fransız yazıçısı A.Dümanın (1802-1870) "Qafqaz" əsəri; Tiflis şəh., 1988; general N.Dubrovin (1837-1904), "İrəvan əyalətinin icmal dəftəri" (1728); "Rusiyanın Qafqazda hərbi hakimiyyətinin tarixi" (1871), I-II cild; "Qafqaza aid məlumatlar toplusu" (1880)...) çap edilmiş əsərlərində də hay sürüsünün adı belə çəkilməmiş, türk mənşəli toponimlərin adı çəkilməklə yalnız kökənli müsəlman-türk əhalisinin əsrlərdən gələn milli-mənəvi gələnəkləri, ictimai-sosial davranış və həyat tərzləri geniş işıqlandırılmışdır (dövlətçiliyimiz və xalqımızın mənafeyi baxımından bu kimi mənbələr xüsusi tədqiqata və geniş təbliğata layiqdir).
Əlverişli coğrafi mövqeyə, beynəlxalq və regional ictimai-iqtisadi, ticarət, siyasi və hərbi, təbii məkan üstünlüyünə malik olan Qərbi Azərbaycan bölgəsinin Zəngibasar mahalının (bu ərazi Vedibasar mahalı ilə bitişik olduğundan Naxçıvan bölgəsinin Sədərək nahiyəsinədək uzanır) inzibati-ərazi bölgüsünün mərkəzi hissəsi (Çuxur-Səəd bəyləbəyliyinin, İrəvan xanlığının) kimi də əhəmiyyətli məskunlaşma və ictimai münasibətlər məkanına çevrilmişdir, XVI-XIX əsrlərdə.
Bölgənin ictimai-siyasi üstünlüyü XX əsrin əvvəllərində də iri güc dövlətləri tərəfindən qəbul edildiyindən 1904-1920-ci illərdə hay kilsəsinin təşkilatçılığı və rəhbərliyi altında (Üçmüəzzin, Gorus və Başkənd nahiyələri hərbi-siyasi mərkəz olmaqla) silahlı hay-daşnak sürüsünün Qərbi Azərbaycanda həyata keçirdiyi (törətdiyi) soyqırım faciəsinin miqyası ölçüyəgəlməz və ağılasığmaz dərəcəyə çatmışdır.
Vedibasar mahalının Arazkənarı kəndlərindən Uluxanlı (1950-ci ildən Ağrı dağının şərəfinə hayca Masis adlandırılır, rayon mərkəzi kimi), Şidli (1991-ci ildən Yexeqnavan deyilir), Şirazlı (1991-ci ildən sonra Vosketap adalnır), Həmzəli, Kalafalı kəndlərinə, Gərni və Vedi çayları boyunca yerləşən Aşağı Vedi, Aşağı və Yuxarı Necili, Taytan, Nərimanlı, Reyhanlı (haylar Ayqavan adı verib), Qaralar (1978-ci ildən sonra Aralez adlanır, haylar bu kəndə 1915-ci ildə Van gölü ətrafındakı Leqk kəndindən köçürülüb), Həbilkənd, Mehmanlar, Yengicə, Təzəkənd, Qulucan... kəndlərinə hay-daşnak quldurlarının hücumu 1918-ci ilin əvvəllərində Osmanlı Türkiyəsinin Sürməli vilayətinin Ağrıdağ vadisindəki (Araz çayının sağ sahilindəki) Həsənxan, Bulaqbaşı, Daşburun, Aralıq, Qaraköy... kəndlərindən edilmişdir.
Qanlı, faciəvi bu hücumlara rəhbərliyi daşnaklardan A.T.Ozanyan (1865-1927) və D.M.Kanayan (1883-1956) etsələr də, əsas hərbi-nizami heyət çar Rusiyasının Qafqaz Ordusunun Sarıqamış-Sürməli cəbhəsində yerləşdirilmiş 39-cu piyada diviziyasının 1-ci briqadasının polkovniki D.A.Pirimbəyyanın (1861-1921) başçılığı altındakı 153-cü Bakı və 2-ci briqadanın knyaz P.D.Sisiyanov (1754-1806) adına 156-cı Yelizavetpol alaylarının hay-daşnak silahlılarından təşkil edilmişdir.
Bu barədə Qulucan kəndinin sakinlərindən Kərbəlayi İsmayıl Ələkbər oğlu (1870-1975), Səlbi Həsən qızı (1887-1990, Göyçə mahalının Ağbulaq kəndindən), Məşədi Cəlil Kərbəlayi İsmayıl oğlu (1911-1991, əslən Uluxanlı kəndindən)... həmin faciələri yaşamış və xatirələrində qoruyub saxlamışlar. Deyilənə görə, Uluxanlı kənd qəbirstanlığında qədim gümbəzli qəbirlərdən biri Mir Mövsüm Ağanın soyundan olan iman-kəramət sahibinin məzarı olub.
Əvvəllər Qəmərli nahiyəsinə aid olan Şirazlı kəndinin (Araz çayının 4-5 km-də yerləşən) kənarındakı müqəddəs ziyarətgahın yerində 1901-ci ildə köçürülmüş bir hay ailəsi ev tikmək istəyib, pirin yerini də qazıbmış. Səhəri gün gedib alaçığında iki uşağının və arvadının ilan vurub öldüyünü görəndən sonra, özü də havalanıb kəndi tərk etdiyini haylar özləri söyləyirdi.
Təsadüfi deyil ki, Üşmüəzzin şəhər mərkəzi Vedibasar mahalının Vedi çayı hövzəsi (uzunluğu 90 km-ə çatan düzənlik hissə) hüdudlarında olmaqla və bu mahalın torpaqları hesabına yaradılmış inzibati-ərazi vahidi kimi 1945-ci ildən həm də hay kilsəsinin beynəlxalq terror mərkəzlərinin idarə olunmasında, əlaqələndirilməsində mühüm rol oynayır. Ərazinin münbit və məhsuldar torpaqlarını tutan Uluxanlı nahiyəsi hesabına Üşmüəzzin şəhəri (İrəvan şəhərindən qərbə 20 km aralı) hay kilsəsinin idarəetmə mərkəzinə çevrilmişdir. Bu teotoponim (dini, ruhsal yer adı) "içə, qəlbə hopan müqəddəs ruhun ocağı" mənasında olmaqla əski türk yaşayış məntəqəsinin adıdır, 1992-ci ildə haylar isə uydurma, saxta, tarixi-coğrafi-filoloji əsası olmayan Varqaşapat adını ona veriblər.
Qədim İrəvan xanlığı və qəzası ərazisinə əsasən 1920-30-cu illərdə köçürülən haylara yerli əhali "caqqacor", yəni "qaçqınlar" deyirdilər. Onlar İrəvan və Uluxanlı bəylərinin Zəngi çayı (bu çay Şidli kəndi yaxınlığında Araz çayına soldan qovuşur) vadilərində yerləşən əkin-bağ sahələrində işləyər, müxtəlif təsərrüfat işlərində ucuz işçi qüvvəsi kimi istifadə olunardı.
Uluxanlı mahalının məşhur bostan məhsulları (Vedi qarpızı), meyvə ağacları (alma, armud, üzüm, şaftalı, ərik, qoz), Zəngi çayının qızıl balığı (bu barədə C.Moriyer əsərində geniş yazmışdır), Zəngi dağlarının (Dərəçiçək yaylağının) gülü-çiçəyi... nəinki bölgədə, bütün ölkə ərazisində adla deyilirdi.
İrəvan şəhərinin "Bitdilər məhəlləsi"ndəki "Göy məscid"in ətrafında, "Qara bazar"a yaxın yaşayan Həsən Hüseyn oğlunun (1901-1970), İrəvan xanlarının soyundan olan Həsən bəy Həsən oğlunun (1890-1968), onların qohumları Şükür bəyin, Tağı bəyin, Nağı bəyin... Uluxanlı kəndi ərazisində (İrəvan şəhəri ilə Uluxanlı kəndi arası 8-10 km idi, 1918-1920-ci illərdə bu kənddə 150-yə qədər yurd-ocaq olub, Zəngi çayının sağ sahilində yerləşən bu kənd Türkiyə Cumhuriyyətinin İqdır vilayətindən 4-5 km aralıdır) uzun illər ərzində istifadə edilmiş bərəkətli və münbit əkin-örüş yerləri, meyvə bağları 1980-ci illərədək qalırdı. Hətta, 1967-1968-ci illərdə Həsən bəy bu yerləri gəzə-gəzə soydaşlarına göstərirmiş...
1920-ci ildən sonra hay kilsəsinin Azərbaycan dövləti üzərində növbəti qələbəsindən sonra Cənubi Azərbaycandan (Təbriz, Marağa, Ərdəbil mahallarından), Türkiyənin Qars, İqdır, Ərzurum vilayətlərindən, Suriyadan, Livandan, İraqdan, Yunanıstandan... köçürülən hay ailələri Vedibasar və Zəngibasar mahallarının boşaldılmış kəndlərində yerləşdirildi (bu vaxtadək hay sürüsü görməyən yerlərdə), onlar üçün yeni kəndlər salındı (Uluxanlı kəndinin münbit torpaqları hesabına yaranan 120-130 evli Yenikənd kəndi sonralar Novaguh adlanıb). Çünki, Qərbi Azərbaycanda məhsuldar torpaqların xeyli hissəsi və bir çox iri müsəlman-türk kəndləri Vedibasar-Zəngibasar mahallarının düzən ərazilərində, Ağrı dağının ətəklərində idi (Aşağı və Yuxarı Necili, Zəhmət, Qaraqışlaq, Reyhanlı, Dəmirçilər, Rəhimabad...).
Uluxanlı kəndində yaşı 300 ildən çox olan 4 məscid, qədim hamam və qəbirstanlıq var idi. 1950-1960-cı illərdə İrəvan şəhərində hayların sayını artırmaq üçün tikinti işlərini genişləndirilməsi Zəngi çayı yataqında qum-çınqıl yataqlarının (20 km aralıda) intensiv istifadəçiliyinə, İrəvan-Uluxanlı yoliunun məqsədli genişləndirilməsi isə yol kənarındakı məscidin sökülməsinə, yerlə-yeksan edilməsinə səbəb oldu. Həmin məscidlərlə yaşıd olan qəbirstanlıqdakı at, qoç, buğa, dəvə şəkilli qəbir daşları, əski yazılı və naxışlı sənduqələri də hay keşişləri İrəvan və Üçmüəzzin şəhərlərinə apardılar, o illərdə. Bu cür qədim qəbirstanlıq 1935-ci ildən sonra Zəhmət adlandırılan əski Haçaparaq kəndində də salınmışdı.
1918-1920-ci illərdə hay-daşnak quldurları Vedibasar-Zəngibasar mahallarına qarşı amansız hücumları Osmanlı Türkiyəsinin ərazisində daha çox məskunlaşdıqları Qars və İqdır vilayətindən edildi (Araz çayını keçməklə). Onlar qarşı kəndlərdə dinc əhalini gülləbaran edir, mal-mülkü qarət edir və tikililəri yandıraraq ötüb keçirdilər. Uluxanlı kənd sakini Fizzə Məhəmməd qızının (1870-1976) söyləməsinə görə, azğınlaşmış düşmən 1918-ci ilin yazında 50-60 nəfərlik dəstə ilə kəndlərə (Aşağı və Yuxarı Necili, Həbilkənd, Reyhanlı, Muğanlı...) hücum etdikdə xilas üçün camaat Uluxanlıda sığınacaq tapdı, aradan bir xeyli keçmiş kəndə bir dəstə hərbi atlı daxil oldu, onlar türklər idi (onlara "ağıyekələr" deyirdik), daşnakları təqib edirdilər. Bu döyüşləır zamanı türk əsgərləri əsasən ağartı və yayma çörəklə qidalanırdı. Türk nizami heyəti ilə birlikdə haylara qarşı kəndin Məhərrəmoğlular, Qorxmazlılar, Oruclular, Həbillər, Elatlılar, Qəssab Əli oğulları... tayfalarından təşkil edilmiş özünümüdafiə dəstələri də düşmənə qarşı mərdliklə vuruşmuşlar.
Haylar qovulduqda və əhali kəndə qayıtdıqdan sonra türklər bizə dedilər ki, bu ermənilər sizi aman verməyəcəklər, sizi rahat yaşamağa qoymacaqlar, gəlin bizimlə gedək Türkiyəyə. Kəndin ağsaqqalı Həsən Hüseyn oğlu onlara bildirdi ki, bu yerlər bizim ulu dədə-baba ocaqlarımızdır, onu tərk edib başqa yerə gedə bilmərik...
1919-cu ilin yay aylarında başqa bir daşnak quldur birləşməsi Ərzurum mahalından keçərək kəndlərə hücum edəndə camaat 5 km aralıdakı Araz çayını keçərək Qars vilayətinə üz tutanları gülləbaran edirlər, bir neçə gün pusquda duran düşmən geri qayıtmaq istəyənləri də amansızlıqla qətlə yetirmişlər.
1920-1921-ci illərdə silahlı hay daşnakları Uluxanlı və ətraf kəndlərə yenidən basqınlar etdikdə, xeyli ailə Cənubi Azərbaycana, Türkiyənin Qars, Sarıqamış, İqdır vilayətlərinə köçüb (Həsən Hüseyn bəy oğlunun qohumları Müslüm, İbrahim və Yusif ailələri ilə birlikdə). Sonrakı illərdə onlarla heç bir əlaqə yaranmamışdır.
Bu illərdə boşalmış kəndlərdən biri də Uluxanlı kəndindən cənub-qərbə 3 km aralı, Zəngi çayının sol sahilində yerləşən Muğanlı kəndi olub. Bu kəndin 20-yə qədər yurd yerinin divarları 1970-ci ilərədək qalırdı.
1960-cı ildə Uluxanlı kəndinin "Oruclular məhəlləsi"ndə Kamil Həsən oğlu Hüseynov (1924-2006) həyətyanı sahədə torpaq-qazma işləri aparanda həmin qanlı-qadalı illərə aid çoxlu sayda paslı güllə gilizləri, çürümüş tufəg qundağı və lüləsi, hərbi paltar hissələri tapmışdır...
Çox təəssüf ki, hay kilsəsinin və quldur hay sürüsünün yüzilliklər boyunca xalqımıza qarşı Bütöv Azərbaycan hüdudlarında törətdikləri soyqırım siyasəti ilə bağlı bölgələrimiz də daxil olmaqla tarixi muzeylərimiz, qanlı hadisələrin baş verdiyi hər bir yerdə xatirə-məlumat lövhələri, əyani təsvir-təbliğat nümunələri yox dərəcəsindədir.
(Yazının hazırlanmasınd həm də Qərbi Azərbaycanın Zəngibasar nahiyəsinin Qulucan kənd sakini İzzət Məşədi Cəlil oğlu İsmayılovun (1952) və Uluxanlı kəndinin sakini Sabir Kamil oğlu Hüseynovun (1956) məlumatlarından istifadə edilib.)
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi