Siyasət
Dünya birliyi Azərbaycanın haqq səsinə səs verir
Məlum olduğu kimi Ermənistan silahlı qüvvələri sentyabrın 27-də səhər saatlarından başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qalıb.
Qərbi Azərbaycanın tarixi, dini... zənginliyi, Zəngi və Vedi çaylarının hövzəsi
Çar Rusiyasının generalı, kartoqraf A.A.İlyin tərəfindən tərtib edilmiş xəritələrdə, E.Kondratenkonun “İrəvan quberniyasının etnoqrafiyası” (1886) kartoqrafik təsvir vasitəsində Araz, Zəngi və Vedi çayları hövzəsinin, Göyçə gölü ətrafı yaşayış məntəqələrinin, oroqrafik yer adlarının bütünlüklə türk-məsəlman mənşəli olduğunu göstərmişlər.
Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşir
Səfir AGİ xəbər agentliyinə Ermənistanın son hərbi təxribatlarına dair müsahibə verdi
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin nüfuzlu AGİ xəbər agentliyinin jurnalisti Titti Giammetta-ya müsahibəsi dərc olunub. Müsahibəsində diplomat qeyd edib ki, 27 sentyabr tarixində səhər saatlarından etibarən Azərbaycanın yalnız hərbi mövqeləri yox, eyni zamanda, mülki yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin hücumlarına məruz qalmaqdadır. Olaylar.az bildirir ki, bu xüsusda, hazırda Azərbaycan ordusunun gördüyü əməliyyatlar özünümüdafiə hüququ çərçivəsində cavab tədbirləridir. “Məhz Ermənistanın ordusunun belə bir hücumu nəticəsində iki uşaq da daxil olmaqla bir ailənin bütün üzvləri qətlə yetirilib. Bu, Ermənistanın 30 ildir davam etdirdiyi, Dağlıq Qarabağ da daxil olmaqla ərazilərimizin 20%-nin işğalı ilə nəticələnmiş təcavüzkar siyasətinin davamıdır”, deyə M.Əhmədzadə bildirir.
Ermənistana son 4 gündə 2 milyard dollardan çox ziyan dəyib – ARAŞDIRMA
Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir - MN
Türkiyə KİV: “Hər axşam 21:00 Azərbaycan! Tükləriniz biz-biz olacaq” – VİDEO
Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi raket atəşinə tutulub
Azərbaycan Ordusu tarix yazır
“Bu gün Azərbaycan Ordusu tarix yazır. Ali Baş Komandanın güclü siyasi iradəsinə əsaslanaraq haqq, ədalət missiyasını yerinə yetirir”.
İşğal altında olan bütün torpaqlarımız azad ediləcək- MÖVQE
Cəbhədə başlayan erməni təxribatından artıq 5 gün keçir. Sentyabrın 27-də, səhər saatlarında növbəti təxribata əl atan düşmən əks hücum nəticəsində xeyli itki verməkdədir. Artıq Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsi və strateji əhəmiyyətli yüksəklikləri də düşmən işğalından azad edib.
Partiya sədri beynəlxalq təşkilatları ədalətli mövqe nümayiş etdirməyə çağırıb
Azərbaycan Ordusu artıq neçə gündür ki, növbəti hərbi təxribata əl atan Ermənistan silahlı qüvvələrinə qarşı əks hücuma keçmişdir. Düşmənə sarsıdıcı zərbələr vurulur, torpaqlarımız azad olunur, bir-birinin ardınca yaşayış məntəqələrimizi, kəndlərimizi,obalarımızı geri qaytarırıq.
Azərbaycanın öz ərazilərini işğaldan azad etməyə haqqı var
Adil Əliyev: “BMT öz qətnamələrinin icrasını təmin edə bilmirsə, Azərbaycan tərəfini sülhə çağırmağa mənəvi haqqı yoxdur”
Prezident növbəti dəfə erməni yalanlarını ifşa etdi
Artıq dördüncü gündür ki, cəbhədə gərgin və ağır döyüşlər gedir. İşğalçı Ermənistanın növbəti dəfə həyata keçirdiyi təxribat və mülki obyektləri, yaşayış məntəqələrini atəşə tutmasına qarşılıq olaraq Azərbaycan Ordusunun verdiyi adekvat cavab və hücum əməliyyatı düşmən cəbhəsində xeyli sayda itkilərə səbəb olub. Hələlik açıqlanan ilkin məlumatlara görə, hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsi və strateji əhəmiyyət kəsb edən yüksəklikləri düşmən işğalından azad edib.












