Siyasət
Putin və Makron Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər
Düşmənin məhv edilən döyüş texnikasının siyahısı açıqlanıb (VİDEO)
“Hesab vermək vaxtıdır” – Ankaradan Ermənistana sərt xəbərdarlıq
Hikmət Hacıyev “TRT World” kanalında erməni təcavüzündən danışdı - VİDEO
Ermənistanın bir məqsədi də dinlərarası qarşıdurma yaratmaqdır – Arzu Nağıyev
DTX ermənilərin fəallığı ilə bağlı vətəndaşlara müraciət etdi
Düşmənin hərbi kolonları məhv edilib (VİDEO)
Düşmənə məxsus 8 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib (VİDEO)
Vüqar Rəhimzadə: "İlham Əliyev beynəlxalq təşkilatların tribunasından hər zaman Ermənistan rəsmilərinə tarix dərsini keçir"
«Real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğat əbədi olmaqla yanaşı, dünyaya ədalət çağırışının edilməsində heç bir tərəddüdlə, təəccüblə qarşılaşmır. Tarix faktlara əsaslandığı qədər də saxtakarlıgı sevmir. Möhtərəm Prezidentimiz İlham Əliyev 30 ildən artıqdır ki, davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün daim ciddi səylər göstərir, erməni yalanlarını faktlar əsasında ifşa edir, ən yüksək tribunalardan dünyanın hüquq problemini yaşadığını önə çəkərək, işğalçı dövlətə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadığı, beynəlxalq təşkilatların qərar və qətnamələrini icra etmədiyi üçün sanksiyaların tətbiq edilməsini tələb edir. Bu günlərdə möhtərəm Prezidentimiz İlham Əliyevin BMT tribunasından Ermənistanın işğalçılıq siyasəti ilə bağlı növbəti təkzibolunmaz faktları və dəlilləri dünya ictimaiyyətinə çatdırması, işğalçı dövlətin müharibəyə hazırlaşdığını əsaslı şəkildə bildirməsi qarşı tərəfin yalanlarının miqyasını ifşa etdi, ən əsası Ermənistanın hiyləgər, riyakar bir dövlət olduğunu təsdiqlədi.»
.jpg)



.jpg)




.jpg)


