Siyasət

Deput: “Ermənistan əsrlərdən bəri işğalçılıq siyasətini yerinə yetirib”

23 Oktyabr 2020 12:24

“Bu gün müstəqil Azərbaycanımız qələbə ovqatına köklənib. Rəşadətli ordumuzun qazandığı parlaq zəfərlər, Füzuli, Cəbrayıl rayonları, Xocavənd, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarla kənd və strateji yüksəkliyin azad edilməsi xalqımızın qalibiyyət əhval-ruhiyyəsini yüksəldib”. “Olaylar” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib. Deputatın sözlərinə görə, Ermənistan əsrlərdən bəri işğalçılıq siyasətini yerinə yetirib: “Biz erməni vəhşiliyini 1992-ci ilin Xocalı soyqrımında gördük. O vəhşilik və vandalizm bu gün də davam edir. Ancaq şücaətli Azərbaycan ordusu düşmənə cavabını döyüş meydanında verir. Aciz Ermənistan hakimiyyəti isə mülki insanları və obyektləri hədəf alır”.

Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil

23 Oktyabr 2020 12:21

İlham Əliyev: “Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik” 1994-cü il mayın 8-də Ermənistan və Azərbaycan arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış “Bişkek protokolu” mayın 12-də qüvvəyə minib və həmin gün cəbhə xəttində aktiv hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılıb. Lakin imzalanmış sənədin mürəkkəbi qurumamış təcavüzkar Erməistan dövləti üzərinə götürdüyü öhdəliyə xilaf çıxaraq atəşkəs rejimini pozmaqda davam edib. Artıq 36 ildir ki, Ermənistan demək olar ki, hər gün məqsədli şəkildə atəşkəs rejimini pozmaqda davam edir. Xüsusən, Azərbaycanın beynəlxalq imizicinin artığı, qlobal beynəlxalq münaqişələrin həllində söz sahibinə çevrldiyi son vaxtlarda Ermənistan atəşkəs rejimimin pozulmasını daha da intensivləşdirib.

Ordumuz tarix yazmağa davam edir

23 Oktyabr 2020 11:24

“Azərbaycan Ordusu Ermənistanın hərbi qoşunlarını məğlubiyyətə uğratmaqda davam edir. Eyni zamanda, Ali Baş Komandan İlham Əliyev işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində hərbi, siyasi mövqeyimizi beynəlxalq ictimaiyyətə çatdırmaqda davam etdirir. 20 oktyabrda Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə verdiyi müsahibədə düşmənin hələ də bədniyyətli planlarından əl çəkmədiyini, sülh yolu ilə torpaqların qaytarılmasını istəməməsini və öz vətəndaşlarını, əsgərlərini müharibəyə cəlb etməsini bildirmişdir”.

Budapeşt şəhərində Gəncə terroruna etiraz aksiyası keçirilib

23 Oktyabr 2020 11:06

Macarstanda yaşayan soydaşlarımız Ermənistanın hərbi təxribatına etiraz etmək və Azərbaycan həqiqətlərini Macarıstan ictimaiyyətinə çatdırmaq məqsədi ilə Budapeşt şəhərinin mərkəzində yerləşən “Szent İstvan Basilica” kilsəsinin qarşısında icazəli aksiya keçirib. Macarıstan-Azərbaycan Gənclər Birliyinin və Budapeştdəki Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan aksiyada Azərbaycan diasporunun və türkdilli icmaların üzvləri, bu ölkədə təhsil alan gənclərimiz və yerli sakinlər iştirak ediblər.

Azərbaycanlı jurnalist İordaniya mətbuatında erməni terrorundan yazdı

23 Oktyabr 2020 11:06

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, tanınmış jurnalist Cavid Şahverdiyev İordaniyanın Nayrouz.com saytında son günlərdə Ermənistanın Azərbaycanın müxtəlif şəhərlərində mülki əhaliyə qarşı terror və faşizm siyasətindən, həmçinin Azərbaycan Ordusunun zəfərlərindən yazıb. “OLAYLAR”-ın xəbərinə görə, C.Şahverdiyev qeyd edib ki, Beynəlxalq Humanitar Hüquq, bu hüququn əsas sənədləri olan 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və onlara 1977 və 2005-ci illərdə əlavə edilmiş üç protokol, BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli qətnaməsi, eləcə də digər beynəlxalq konvensiyalar müharibə zamanı mülki əhaliyə hücumu qadağan edir.

Prezident İlham Əliyev qlobal informasiya məkanında ölkəmizin mövqeyini qətiyyətlə müdafiə edir

23 Oktyabr 2020 11:06

“Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycanın hərtərəfli və sürətli inkişaf dövrüdür. Prezident İlham Əliyev həqiqi liderdir. Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu Azərbaycan Respublikasının beynəlxalq aləmdə gücünü və nüfuzunu artırır”.

BƏƏ-dəki Azərbaycan icması – "Mən Qarabağam!" dedi

23 Oktyabr 2020 11:06

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının “Qarabağ Azərbaycandır!” şüarına dəstək olaraq BƏƏ-də yaşayan azərbaycanlılar “Mən Qarabağam! Vətən, biz səninləyik” adlı video-çarx hazırlayıblar. Bu barədə “OLAYLAR”-a məlumat verən Əbu-Dabi Universitetinin müəllimi Şəhrizad Süleyman deyib ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) müxtəlif əmirliklərində, Abu-Dabi, Dubay, Şarja, Ajman, Ras əl-Xeyma və digər şəhərlərdə yaşayan azərbaycanlıların iştirakı ilə çəkilən video-çarxda soydaşlarımız Vətəndən uzadqa yaşamalarına baxmayaraq, Vətənə dəstək və məhəbbətlərini ifadə ediblər.