Spiker: “Tezliklə bayrağımız Kəlbəcər, Ağdam, Laçında dalğalanacaq”

“Noyabrın 8-də Şuşanın azad edilməsi tarixi günə çevrilib. Artıq Şuşada üçrəngli bayrağımız dalğalanır”. “Olaylar” xəbər verir ki, bunu parlamentin iclasında çıxış edən spiker Sahibə Qafarova deyib. Sədrin sözlərinə görə, bu bayraq digər torpaqlarımızda da dalğalanacaq: “Tezliklə üçrəngli bayrağımız Kəlbəcərdə, Ağdamda, Laçında dalğalanacaq. Əsgər və zabitlərin qəhrəmanlığı dillərdə dastan olacaq. Əsgər və zabitlərimizin fədakarlığını heç zaman unutmayacağıq”.

"Noyabrın 8-də Şuşanın azad edilməsi tarixi günə çevrilib. Artıq Şuşada üçrəngli bayrağımız dalğalanır". "Olaylar" xəbər verir ki, bunu parlamentin iclasında çıxış edən spiker Sahibə Qafarova deyib. Sədrin sözlərinə görə, bu bayraq digər torpaqlarımızda da dalğalanacaq: "Tezliklə üçrəngli bayrağımız Kəlbəcərdə, Ağdamda, Laçında dalğalanacaq. Əsgər və zabitlərin qəhrəmanlığı dillərdə dastan olacaq. Əsgər və zabitlərimizin fədakarlığını heç zaman unutmayacağıq".

Spiker  hər kəsi qələbə ilə bağlı təbrik edib: "Bildiyiniz kimi, keçən il cənab İlham Əliyev Valdey şəhərindəki səsləndirdiyi "Qarabağ Azərbaycandır!" ifadəsi Azərbaycanın qələbəsinə çevrildi. Artıq "Qarabağ-Azərbaycandır". Eşq olsun Ali Baş Komandan İlham Əliyevə! Eşq olsun qəhrəman Azərbaycan ordusuna! Eşq olsun Azərbaycan xalqına!".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31