Siyasət

“QAYIDIŞ” Konsepsiyasının hazırlanma işlərinə başlanılması tarixi bir zərurətə çevrilib

23 Oktyabr 2020 10:46

“Bu il təbiətin və həyatın bizə göstərdiyi COVİD-19 pandemiyası ilə yanaşı, ictimai-siyasi həyatımızda baş verənlər birbaşa olaraq Azərbaycanın tarixində vacib və əhəmiyyətli hadisələr kimi qalacaq. 9 fevral 2020-ci il tarixində ilk dəfə olaraq növbədənkənar altıncı çağırış parlament seçkilərinin keçirilməsi, 2020-ci ilin “Könüllülər ili” kimi Azərbaycanda qeyd olunması, 30 ildən sonra Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi üçün hərbi əməlliyatlara başlaması, işğal altında olan torpaqlarımızın azad edilməsi, Azərbaycan ərazilərində kəndlərin, şəhərlərin tarixi adlarının bərpası Azərbaycanın tarixi və ictimai-siyasi həyatında xüsusi qeyd olunacaq hadisələrdəndir”.

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda planlaşdırılan görüşünə BMT-dən münasibət

23 Oktyabr 2020 10:45

BMT Dağlıq Qarabağ münaqişəsində gərginliyin azalmasına yönəlmiş və ATƏT Minsk qrupunun himayəsi altında danışıqların bərpasına xidmət edən bütün diplomatik səyləri dəstəkləyir.

Səfir almaniyalı jurnalistlərin suallarını cavablandırdı -"Ermənistan və Azərbaycan arasındakı münaqişəyə baxış" adlı mətbuat konfransı

23 Oktyabr 2020 10:30

Federal hökumətin brifinqlərinin keçirildiyi Federal Mətbuat Konfransının zalında Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfiri Ramin Həsənovun "Ermənistan və Azərbaycan arasındakı münaqişəyə baxış" adlı mətbuat konfransı keçirib. Olaylar.az bildirir ki, konfransda səfir Həsənovla yanaşı həmçinin, səfirliklə sıx əməkdaşlıq edən, Rur Boxum Universitetinin beynəlxalq hüquq üzrə professoru Hans-Yoaxim Hayntse də iştirak edib. Koronavirusla bağlı Almaniyadakı vəziyyətlə əlaqədar jurnalistlərin məhdud sayda iştirakı tələb olunduğuna görə sözügedən mətbuat konfransında fiziki olaraq azsaylı jurnalistlər iştirak edib. Lakin jurnalistlərin bir çoxu konfransa onlayn olaraq qoşularaq suallarını ünvanlamaq imkanına malik olub.

Azərbaycanın bitki örtüyünün 42 faizi, meşə sahəsinin isə 25 faizi işğal olunmuş ərazilərdə yerləşir

23 Oktyabr 2020 10:09

Təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə həyata keçirilən kortəbii istismar nəticəsində bölgənin təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə külli miqdarda zərər dəyib, qiymətli ağac və kol növləri ilə zəngin meşələrimiz məqsədli şəkildə məhv edilib. Bunu Olaylar.az-a Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.