İlham Əliyev bu müharibədə qalib ordunun sərkərdəsi kimi mühüm və vacib addımları ilə yadda qaldı

Azərbaycan əsgəri torpaqlarımız qarış-qarış azad etdi və dünya Azərbaycan Ordusunun gücünü gördü “Azərbaycan tarixi qələbə qazandı. Etiraf edək ki, uzun müddətdir ki, regiondakı bəzi ölkələrin Azərbaycana qarşı düşmən münasibəti nəticəsində torpaqlarımızı itirmək məcburiyyətində qalmışdıq. Müəyyən zaman kəsiyində ölkəmizə rəhbərlik edən bəzi səriştəsiz şəxslərin də bu prosesdə az “xidmətləri” olmuşdur. Son olaraq 90-cı illərdə geosiyasi və daxili vəziyyət çərçivəsində Azərbaycan öz ərazisinin 20 faizini itirdi. O zaman şərtlər Azərbaycan üçün əlverişli deyildi. Məhz Ulu Öndər Heydər Əliyev şəxsi nüfuzundan istifadə edərək prosesləri dayandıra bildi.Həmin vaxtdan başlayaraq Azərbaycanın ərazi bütövlüyün təmin olunması üçün ölkəmizin inkişaf naminə çalışmalara başlanıldı.”

Azərbaycan əsgəri torpaqlarımızı  qarış-qarış azad etdi və dünya Azərbaycan Ordusunun gücünü gördü

"Azərbaycan tarixi qələbə qazandı. Etiraf edək ki, uzun müddətdir, regiondakı bəzi ölkələrin Azərbaycana qarşı düşmən münasibəti nəticəsində torpaqlarımızı itirmək məcburiyyətində qalmışdıq. Müəyyən zaman kəsiyində ölkəmizə rəhbərlik edən bəzi səriştəsiz şəxslərin də bu prosesdə az "xidmətləri" olmuşdur. Son olaraq 90-cı illərdə geosiyasi və daxili vəziyyət çərçivəsində Azərbaycan öz ərazisinin 20 faizini itirdi. O zaman şərtlər Azərbaycan üçün əlverişli deyildi. Məhz Ulu Öndər Heydər Əliyev şəxsi nüfuzundan istifadə edərək prosesləri dayandıra bildi.Həmin vaxtdan başlayaraq Azərbaycanın ərazi bütövlüyün təmin olunması üçün ölkəmizin inkişaf naminə çalışmalara başlanıldı."

Bu fikirləri Olaylar.az açıqlamasında İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə aşıqlamasında bildirib.

Cəsarət Hüseynzadə qeyd edir ki, 2003-cü ildə ilk dəfə Prezident seçilən İlham Əliyev məhz bu siyasi kursu davam etdirməyə, Azərbaycanın iqtisadi və hərbi gücünün artırılmasına başladı:

"Ölkə başçısı səbir və təmkinlə bu yolu getməyə qərar verdi. Ölkənin və xalqın taleyinin ondan asılı olduğunu bilən İlham Əliyev öz hədəflərini müəyyən etdi. Bu hədəf güclü Azərbaycan və ölkənin ərazi bütövlüyün təmin olunması idi.  Vaxt və zaman yetişmişdi. Azərbaycan iqtisadi və hərbi cəhətdən region aparıcı ölkəsinə çevrildi. 2016-cı və 2018-ci ildə Azərbaycan artıq öz sözünü döyüş meydanında deməyə başladı. Cari ilin sentyabrın 27-də Ermənistanın növbəti təxribatı ilə başlayan müharibə isə Azərbaycan Ordusunun gücünü bütün dünyaya göstərdi. 44 gün ərzində Azərbaycan ordusu Şuşa da daxil olmaqla 5 şəhər və 300-dən çox artıq kənd və qəsəbəni erməni işğalından azad etdi. 30 ilə yaxın müddətdə ermənilər bu ərazilərdə güclü istehkamlar qurmuşdular. Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən uğurlu əməliyyatlar yeni hərb tarixinə qızıl həriflərlə düşdü. Azərbaycanın hava və quru sahədə düşməni məhv etməsi ordumuzun hazırlığının göstəricisi idi. Ordumuz ilk həmlədə düşməni darmadağın etmişdir.

Hərbi uğurlarla yanaşı, dünyanın bəzi güc mərkəzləri müharibəni dayandırmaqla bağlı Azərbaycan təzyiq etməyə cəhd göstərirdilər. Lakin ölkə başçısının  qətiyyəti sahəsində bütün bu cəhdlərin qarşısı alındı. Prezident İlham Əliyev yanlız hərbi əməliyyatların dayandırlımasının erməni qoşunlarının işğal etdiyi ərazilərdən konkret  vaxt ərzində çıxmaq öhdəliyi götürdüyü halda mümkünlüyünü  israrla bildirdi."

İctimai birliyin  sədri bildirir ki, Azərbaycan hərbi və diplomatik müstəvidə əsl mübarizlik nümayiş etdirdi və hərbi sahədə olan ciddi uğurlar Azərbaycanı diplomatik müstəvidə də xeyli güclü etdi:

"Eyni zamanda qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi də  bu uğurlarda xüsusi əhəmiyyət daşıyırdı. 

Hərbi, siyasi, informasiya və digər sahələrdə gedən müharibəni Ali Baş Komandan idarə edirdi. İlham Əliyev bu müharibədə qalib ordunun sərkərdəsi kimi mühüm və vacib addımları ilə yadda qaldı. O, qərar vermədə nə tələsdi, nə də ki, gecikdi. Bu müharibə zərgər dəqiqliyi ilə həyata keçirildi. Ölkə başçısının da dediyi kimi,  vaxt gəldikcə açıqlanması mümkün olan məsələlər ictimaiyyətə açıqlanacaq. Döyüş meydanında  Azərbaycan Ordusunun rəşadəti ilə bağlı xeyli məlumatlar üzə çıxacaq və bu xalqımızın qəhrəmanlığı kimi tarixə düşəcək. Diplomatik müstəvidə gedən müharibə ilə bağlı tam məlumatların açıqlanması gözlənilən deyil, lakin nəhəng dövlətlər də daxil olmaqla, bütün dünyanın diqqəti bu regionda olub. Bütün bu təzyiqlərə baxmayaraq prezident sona kimi gedəcəyini bəyan etdi və hərbi meydanda da öz sözünə sadiq qaldı. İlham Əliyev Ermənistanın öncədən bəyan etdiyi şərtləri qəbul etdikdən sonra hərbi əməliyyatları dayandırdı. Bu dövrdə Ermənistana Ordusunun darmadağın edildi. Nəticə etibarı ilə Ermənistan kapitulyasiyaya məcbur edildi və Azərbaycan qələbə qazandı.

Bu müharibə nəticəsində Ermənistanın məğlubedilməzlik sindromu darmadağın edildi. Azərbaycan əsgəri torpaqlarımız qarış-qarış azad etdi və dünya Azərbaycan Ordusunun gücünü gördü."

Rusiyanın iştirakı ilə hərbi əməliyyatların dayandırlması və ərazilərin boşaldılması haqqında razılaşmanın da Azərbaycan üçün mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayan Cəsarət Hüseynzadə bildirir ki, yaxın müddətdə 3 rayonumuz şəhid vermədən azad edilir:

"Hərbi status-kvoaradan qaldırılır. Cənab prezident İlham Əliyevin də qeyd etdiyi kimi Dağlıq Qarabağın müstəqilliyi müzakirə mövzusu olmayacaq. Naxçıvan blokadadan azad olunur. Naxçıvan korridorunun yaradılması tarixi, geosiyasi və iqtisadi əhəmiyyətə malik addımdır. Ölkə başçısı şəxsən bu müddəa ilə bağlı israr etdiyi də bildirdi. Fikrimcə bu maddənin Laçın dəhlizi ilə paralelliyi gələcəkdə xüsusi əhəmiyyət daşıyacaq. 

Hərbi sahədə qazanılan uğuru diplomatiyaya daşımaq cənab Prezident İlham Əliyevin böyük uğurudur. Cənab Prezidentə təzyiqlər var idi, Ali Baş Komandan bütün təzyiqlərə uğurla sinə gərdi. Ölkə başçısı 30 ilə yaxın müddətdə müstəqil "artsax" dövlətinin qurulması istiqamətində bəzi dövlətlərin apardığı fəaliyyəti, münaqişənin hərbi yolla həlli yoxdur; güc tətbiq etmək olmaz ideyasını darmadağın etdi. İlham Əliyev eyni zamanda hərbi müstəvidə olan üstünlüyü çox bacarıqla danışıqlar masasına daşıdı.Azərbaycanın əldə olunan razılaşmada üstünlüyünü  görmək üçün əks tərəf olan Ermənistanın hazırkı vəziyyətini müşahidə etmək kifayətdir. Ermənistanın Baş naziri özü məhz onlar üçün ağır olan razılaşmanı imzalamağa məcbur olduğunu etiraf etdi. Bu gün Ermənistan xaosa sürüklənir. Ermənistanın bu vəziyyətə hərbi və diplomatik sahədə aldığı ağır zərbə nəticəsində düşmüşdür.

Artıq regionda bütün şərtlər Azərbaycan xeyrinə dəyişib. Azərbaycan bütün strateji yüksəkliklərə, yollara tam nəzarət edəcək, məcburi köçkünlərin geri qayıtması ilə demoqrafik balans Azərbaycanın xeyrində dəyişəcək. Azərbaycan ərazi bütövlüyü çərçivəsində bütün şərtləri diktə edən tərəfdir. Azərbaycan-Ermənistan arasında 200 km-lik sərhəd Azərbaycan Sərhəd Xidmətinin nəzarətində olacaq, Ermənistanla Qarabağ arasında əlaqə yalnız Laçın dəhlizinin  yanından keçəcək 5 km-lik  dəhliz   vasitəsilə mümkün olacaq və bu keçid məntəqəsinə Azərbaycan nəzarət edəcək. Digər tərəfdən xüsusən vacib məqam ondan ibarətdir ki, Türkiyə və Rusiya arasında birgə monitorinq barədə saziş imzalanıb və Türkiyə artıq masadadır. Türkiyə sülhməramlıların fəaliyyətinə nəzarətdə iştirak edəcək, Qarabağda Ermənistanın hərbi qüvvələrinin çıxarılması prosesini yaxından monitorinq edəcək."

Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun böyük şücaəti nəticəsində əldə olunan bu qələbə ilə qurur duyduğunu bildirən Cəsarət Hüseynzadə qeyd edir ki,  ölkənin bütün ərazindən xalqın qələbəni qeyd etdiyini və ölkə başçısının apardığı uğurlu siyasəti dəstəklədiyini bildirir: "Əldə olunan uğurların davamlı olması üçün Azərbaycanda siyasi sabitlik davam etməli, xalqın birliyi nəticəsində işğaldan azad olunmuş ərazilərdə yeni quruculuq işlərinə start verilməldirir."

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31