"Əminəm ki, Qarabağla bağlı razılaşmanın bütövlüyü qorunub saxlanacaq" - Lavrov
Mən əminəm ki, Ermənistan hökuməti öz məsuliyyətini tam başa düşür.
12 Noyabr 2020 14:29 SiyasətMən əminəm ki, Ermənistan hökuməti öz məsuliyyətini tam başa düşür.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Ermənistan hökuməti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşmalarda nəyə imza atdığını başa düşür:
"Əminəm ki, bu razılaşmanın bütövlüyü qorunub saxlanacaq və icra olunacaq. Hesab edirəm ki, razılaşdığımız şərtləri icra etsək, bu, hamının xeyrinə olacaq. Hələ ki, bu razılaşmanı kiminsə pozmaq cəhdləri nəzərə çarpmır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31