Siyasət
"Türkiyə münaqişədə qeyd-şərtsiz Azərbaycanın yanında olmalıdır" - İlker Başbuğ
Zəngilanda diversiya etmək istəyən düşmən məhv edildi - VİDEO
Paşinyan, bütün bunlara görə sən cavab verəcəksən - Ermənilər sosial şəbəkədə üsyan edir
Ermənistanın MƏHV EDİLƏN hərbçilərinin SİYAHIsı
Fransa telekanalında Ermənistanın işğalçılıq siyasətindən danışılıb
Fransada fəaliyyət göstərən “RT France” telekanalında Dağlıq Qarabağ münaqişəsindən danışılıb. “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, telekanalın "Xəbərlər" proqramına müsahibəsində Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, Fransa–Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Günel Səfərova bildirib ki, oktyabrın 10-da Moskvada əldə olunan humanitar atəşkəs rejimini Ermənistan tərəfi kobud şəkildə pozaraq bir neçə saat sonra cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərindəki yaşayış binalarını raket atəşinə tutub. Humanitar atəşkəs rejiminin əldə olunmasına baxmayaraq Gəncə, Mingəçevir, Bərdə, Tərtər şəhərləri raket və artilleriya zərbələrinə məruz qalır.
Anar Məmmədov: “Azərbaycan xalqı dövlətimizin ən parlaq səhifəsini yazır”
“Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin Qarabağda həyata keçirdiyi əks-hücum əməliyyatları erməni xalqını 30 ildir yaşadığı səfalətdən qurtaracaq”. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Anar Məmmədov çıxış edib. O, qeyd edib ki, bu gün müzəffər Azərbaycan ordusu şərəfli missiyanı layiqincə yerinə yetirir:
Ermənistanda yeni silahlar peyda olur - Düşmən durmadan silahlanır - FOTO
Soltan Məmmədov: “Ermənistanın dinc sakinlərə qarşı törətdiyi terror aktlarına dünya ictimaiyyəti tərəfindən qiymət verilməlidir”
Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Soltan Məmmədov Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun üzvü Jean-Luc Reitzer arasında videokonfrans formatında görüş olub. “Olaylar”ın məlumatına görə, deputat fransalı həmkarına Ermənistanın son hərbi təxribatları barədə məlumat verib. S.Məmmədov bildirib ki, Ermənistan məqsədli şəkildə dinc əhalini hədəf alır, hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda yerləşən yaşayış məntəqələrinə raket və artilleriya zərbələri endirir. Nəticədə dinc insanlar, o cümlədən qadın və uşaqlar həlak olur. O, Ermənistanın dinc sakinlərə qarşı törətdiyi terror aktlarına dünya ictimaiyyəti tərəfindən qiymət verilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa baş verənlərə laqeyd qalmamalı, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasına etirazını bildirməlidir.
Bəhruz Quliyev: “Paşinyan bu addımları ilə danışıqlar prosesinin mənasızlığını o
“Bu gün biz Ermənistanın baş naziri Nikol Paşinyanın hər hansı cəhdlərini müşahidə edərkən, həmin cəhdlərində sülhə, yaxud danışıqlar prosesinə dair fikirlərinə dair heç nə görə bilmirik və bundan təəccüb etməyə də dəyməz”. Sözügedən fikirləri Olaylar.az -a “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin Yaponiyanın nüfuzlu “Nikkei” nəşrinə verdiyi müsahibəsində irəli sürdüyü fikirlərini şərh edərkən deyib.
Gürcüstanda koronavirusa yoluxmada yeni rekord
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 759 yoluxma halı qeydə alınıb, 5 nəfər ölüb.
Boşalmış Şuşa - Ermənilər şəhərdən qaçırlar - VİDEO
Deputat: “Tezliklə yeni xoş xəbərlər alacağıq”
“Müdafiə Nazirliyinin məlumatına görə, rəşadətli Ordumuz düşmənin bir neçə dayaq məntəqəsi dağıdıb, vacib ərazi və yüksəklikləri işğaldan azad edib. İntensiv döyüşlərin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində getdiyini nəzərə alsaq, bu o deməkdir ki, yaxın zamanda həmin ərazilərdən yeni xoş xəbərləri alacağıq”.
Ermənistana məxsus daha bir PUA məhv edildi
Azərbaycan ordusunun qələbə salnaməsi
“Azərbaycan ordusunun qələbə xəbərləri davam edir. 20 Oktyabr tarixində Zəngilan şəhəri və 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib. O, cümlədən : Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri; Cəbrayıl rayonunun Sarafşa, Həsənqaydı, Füğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə,Yarəhmədli kəndləri; Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Vəng, kəndləri; Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad olunmuşdur”.





.jpg)


.jpg)


.jpg)

