Məhkəmə də Paşinyana qarşı çıxır - Müxalifət lideri azad edilib
Yerevanda məhkəmə etiraz aksiyaları ilə əlaqədar saxlanılmış müxalif siyasətçi, "Çiçəklənən Ermənistan" partiyasının rəhbəri Qagik Tsarukyanı azad edib.
13 Noyabr 2020 12:25 SiyasətYerevanda məhkəmə etiraz aksiyaları ilə əlaqədar saxlanılmış müxalif siyasətçi, "Çiçəklənən Ermənistan" partiyasının rəhbəri Qagik Tsarukyanı azad edib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu siyasətçinin vəkili bildirib.
Onun sözlərinə görə, məhkəmə Q.Tsarukyanın saxlanılmasını qanunsuz hesab edib.
Xatırladaq ki, Ermənistan noyabrın 10-da Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatı imzaladıqdan sonra ölkədə etiraz aksiyaları başlayıb. Aksiya zamanı onlarla şəxs, o cümlədən müxalifət liderləri saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31