Komitə sədri: “Bu gün qürur hissi ilə qeyd edə bilərik ki, Qarabağ Azərbaycandır!”
“İşğalçı Ermənistan torpaqlarımızdan qovularaq sülhə məcbur edilib. Azərbaycan müharibədən ərazi itkisi ilə deyil, ərazi bütövlüyünü bərpa edərək çıxdı.
13 Noyabr 2020 11:44 Siyasət"İşğalçı Ermənistan torpaqlarımızdan qovularaq sülhə məcbur edilib. Azərbaycan müharibədən ərazi itkisi ilə deyil, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Ermənistan isə bütün dünyanın gözü qarşısında sarsıldı". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. Komitə sədri bildirib ki, "Sülhməramlıların ölkəyə gəlməsi gözlənilən idi. Onlarsız davamlı sülhü təmin etmək mümkün deyildi. Xalqımız bu möhtəşəm qələbədə yanımızda olduğu üçün qardaş Türkiyəyə, onun Prezidentinə təşəkkürünü bildirir. Çox təəssüflər olsun ki, bu gün sosial mediada sülhməramlıların bölgəyə gəlməsinə məkrli məna qatmaqla çıxışlar edirlər. Amma bu, əbəsdir. Bu gün qürur hissi ilə qeyd edə bilərik ki, Qarabağ Azərbaycandır".