Şimali Kipr prezidentindən Azərbaycana təbrik
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezident Ersin Tatar Azərbaycanı Qarabağdakı qələbəsi münasibətilə təbrik edib.
13 Noyabr 2020 13:31 SiyasətŞimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezident Ersin Tatar Azərbaycanı Qarabağdakı qələbəsi münasibətilə təbrik edib.
"OLAYLAR"-a daxil olan xəbərdə qeyd edilir ki, Ersin Tatar təbrik mesajında Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşması ilə 45 gündür davam edən çətin bir müharibənin sona çatdığı və bir tarix yazıldığı vurğulanıb. Ersin Tatar qeyd edib ki, Azərbaycan meydanda və masada əhəmiyyətli, eyni zamanda böyük bir qələbə qazandı: "Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti olaraq bu uğuru öz adımdan və Kipr Türk xalqı adından ürəkdən təbrik edirəm və uğurlu olmasını diləyirəm". Şimali Kipr prezidenti bildirib ki, Azərbaycanlı qardaşlarımızın sevinci bizim sevincimizdir: "Azərbaycan Ordusunu təbrik edirəm və Vətəninin azadlığı uğrunda şəhid olanlara Uca Tanrıdan rəhmət, yaralılara şəfa diləyirəm. Azərbaycanın üçrəngli bayrağının Qarabağ səmalarında əbədi dalğalanacağına inanırıq. Qarabağ Azərbaycandır, Azərbaycan Qarabağdır. Üç dövlət bir millətik".