Azərbaycanı müdafiə etdiyinə görə ermənilər fransalı deputata minlərlə təhdid mesajı göndərib
Azərbaycanı müdafiə etdiyinə görə ermənilər fransalı deputata minlərlə təhdid mesajı göndərib
12 Noyabr 2020 17:49 SiyasətAzərbaycanın mövqeyini müdafiə etdiyinə görə fransalı deputat ermənilərdən minlərlə təhdid mesajı alıb.
Olaylar.az-ın məlumatına görə, Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Jerom Lamber Milli Məclisdə görüş zamanı cəbhədə döyüşlər gedən günlərdə Azərbaycan həqiqətlərini dünyada yaymaq istiqamətində və Fransadakı erməni diasporuna qarşı apardıqları informasiya, eləcə də təbliğat xarakterli işlər barədə danışıb.
O, mətbuatda və sosial mediada yaydığı bir sıra məqalələrlə bağlı ermənilərdən 20 mindən çox mənfi reaksiya, hətta təhdid dolu mesajlar aldığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31