Erməni politoloq: “Qərb Dağlıq Qarabağla bağlı Ermənistana qarşı sərt mövqe ortaya qoyur”
21 May 2014 13:08 Siyasət"Ermənistan Gömrük İttifaqına üzv olmaqla Dağlıq Qarabağ münaqişəsinin həllinə nail ola bilməyəcək" - "Modus Vivendi" Mərkəzinin direktoru Axtar Papyan erməni mətbuatına açıqlamasında belə deyib. Papyan qeyd edib ki, Rusiya və Qərb arasında qarşıdurma kəskinləşəcəyi təqdirdə Kreml heç vaxt öz müttəfiqlərini müdafiə etməyəcək: "Qərb Dağlıq Qarabağ münaqişəsi ətrafında aktivliyini artırıb. Lakin onun atdığı addımlar hələlik xəbərdarlıq xarakterinə sahibdir. Qərb Dağlıq Qarabağla bağlı Ermənistana qarşı daha sərt mövqe ortaya qoyur. Bu isə təbii ki, bizim maraqlarımıza ziddir. Ermənistan keçən illər ərzində Rusiyaya ümid etməklə boş arzular arxasında olub. Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələr bunu sübut edir. Sərkisyan hakimiyyəti Gömrük İttifaqına üzv olmağa razılıq verməklə bir daha Avropaya "Ermənistanın yalnız qamçı siyasətindən yaxşı başı çıxır" mesajını verdi". Axtar Papyan qeyd edib ki, Rusiya faktoruna görə, Qərb Ermənistana ayırdığı kredit və iqtisadi yardımlardan da imtina edir. ("OLAYLAR" İA)