Millət vəkili gənclərlə görüşüb

Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının təşəbbüsü ilə bir qrup tələbə gəncin partiya sədri, millət vəkili Fərəc Quliyevlə görüşü keçirilib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, görüş, "28 May - Respublika Günü"-nə həsr olunub. Mövzu ilə bağlı çıxışını əsasən gənclərin sualları üzərində quran partiya sədri həmin tarixin əsasən strateji, ideoloji və fəlsəfi mahiyyətindən danışıb. Millət vəkili çıxışı əsnasında gənclərə milli fəaliyyətdə tövsiyələr də verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00