“Çində Rusiyaya qarşı yeni güc mərkəzi yaradıla bilər” - AÇIQLAMA
Zəlimxan Məmmədli: “Etnik separatçılığı və işğalı dəstəkləmək Rusiyanın ənənəvi siyasətidir”
20 May 2014 17:37 SiyasətPolitoloq Zəlimxan Məmmədli 11 Asiya ölkəsinin Çində toplanmasının Ukrayna hadisələri ilə əlaqədar olması ehtimalını dəyərləndirib. Z.Məmmədli qeyd edib ki, "Şanxay modeli" yeni güc mərkəzi kimi ortaya çıxıb. Politoloq hesab edir ki, ABŞ, Rusiya, Qərbi Avropa, Çin kimi qüvvələr zaman-zaman təhlükəsizliklərini təmin etmək üçün bu cür modellərin yaradılmasında maraqlı olublar "Şanxay model"ində türk dünyasının da təmsil olunduğunu deyən Zəlimxan Məmmədlinin sözlərinə görə, Çində keçiriləcək konfransda geosiyasi müstəvidə baş verən proseslərin müzakirə olunması da mümkündür. Z.Məmmədli Ukraynada baş verən proseslərə də münasibət bildirib. O, qeyd edib ki, Ukrayna hadisələri yeni dönəm üçün yenidən müəyyənləşmə variantıdır. Politoloq hesab edir ki, bir daha bununla Rusiya öz qonşuluğunda demokratik islahatların həyata keçirilməsinin əleyhinə olduğunu bildirdi: "Ukrayna hadisələri dünyanın sivili və demokratik qaydalarla idarə olunmasına qarşı dirənişdir. Etnik separatçılığı və işğalı dəstəkləmək Rusiyanın ənənəvi siyasətidir. Ukraynada baş verən proseslərlə Rusiya Azərbaycana da müəyyən siqnallar vermək istəyir. Hesab edirəm ki, Ukrayna hadisələri artıq nəticə vermək üzrədir. Moskva rus qoşunlarınının Ukrayna sərhədlərindən geri çəkmək əmrini verib. Rusiya bununla bir daha populist qərarlara qabağa getməyin mümkünsüz olduğunu bildirdi. Strateji əhəmiyyət daşıyan enerji resurslarının böyük əksəriyyətinə nəzarət edən Avropa İttifaqı və ABŞ-a güc gəlmək daha zəif təsir bağışlayan Rusiyadan uzaqdır". ("OLAYLAR" İA)