MAQATE rəsmisi: FR-26 Konfransı Rusiyanın nüvə enerjisində liderliyini bir daha təsdiqləyir- ÖZƏL

FR-26 beynəlxalq konfransı Rusiyanın gələcəyin nüvə energetikasının inkişafı sahəsində lider mövqeyini bir daha təsdiqləyib. Olaylar.az xəbər verir ki, bu barədə TASS-a Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktorunun müavini məlumat verib.
Onun sözlərinə görə, konfrans çərçivəsində təqdim olunan texnologiyalar və əldə olunan nəticələr Rusiyanın nüvə enerjisi sahəsində qabaqcıl rolunu nümayiş etdirib. MAQATE rəsmisi qeyd edib ki, yeni nəsil reaktorların hazırlanması və tətbiqi istiqamətində Rusiya mühüm nailiyyətlər əldə etməkdə davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31