Paşinyan: “Ermənistan daimi münaqişə tələsindən çıxıb” ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Geqarkunik vilayətinin Tsovak kəndində keçirdiyi seçkiqabağı təşviqat kampaniyası zamanı ölkəsinin daimi münaqişə tələsindən çıxdığını bəyan edib. O, vaxtilə "Arsax Ermənistandır və nöqtə" dediyini etiraf edərək, bunu 30 il ərzində cəmiyyətə aşılanan ideyalara bağlılığı ilə izah edib. Lakin sonradan bu yolun bir tələ və səhv olduğunu anladığını bildirən Paşinyan, "Qarabağ hərəkatı"nı dayandırmaq cəsarəti nümayiş etdirdiyini vurğulayıb.

Baş nazirin sözlərinə görə, bu addım sayəsində Ermənistan hazırda hər zamankından daha müstəqil, təhlükəsiz və rifah içindədir. Artıq iki ildir sərhədlərdə heç bir itkinin olmadığını diqqətə çatdıran Paşinyan, Qarabağ hərəkatını davam etdirməyin yalnız yeni müharibələrə və dövlətçiliyin itirilməsinə yol açacağını qeyd edib. O, Ermənistan Respublikasını bu münaqişədən azad etməsini özünün dövlət qarşısında ən böyük xidməti adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31