Marukyan: "Ararat Mirzoyan Ermənistanın deyil, Qəzzanın xarici işlər naziri kimi davranır" – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Maarifçi Ermənistan" partiyasının sədri Edmon Marukyan İrəvanın Avan rayonunda keçirilən seçki təşviqatı kampaniyası zamanı xarici işlər naziri Ararat Mirzoyanı kəskin tənqid edib. 

Marukyan bildirib ki, Azərbaycanla sülh müqaviləsinin mətni Ermənistanın deyil, rəsmi Bakının variantını əks etdirir və bu sənəd Ermənistanı "şikəst" edir. (?)

Partiya təmsilçisi Karpis Paşoyan isə nazirin "Qarabağdakı erməni irsinin məhvinə susub, Fələstin irsini müdafiə etdiyini" vurğulayaraq onun ölkəni fəlakətə apardığını qeyd edib. Marukyan seçiciləri onlara səs verməyə çağıraraq hakimiyyətə gələcəkləri təqdirdə sülh müqaviləsinin mətnini mütləq dəyişdirəcəklərini vəd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31