“Elə etməliyik ki, bu qanun süni intellektin inkişafına mane olmasın”- Deputat

"Xahiş edirəm, Parlamentdə aidiyyəti şöbəyə və ya müvafiq komissiyalardan birinə göstəriş verilsin ki, süni intellektlə bağlı qanuna edilən dəyişikliklərin tətbiqindən sonra bu sahədə davamlı və sistemli monitorinq aparılsın". "Olaylar" xəbər verir ki, belə bir təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev şəxəş edib: "Qanunun icrası prosesində ortaya çıxan boşluqlar, açıq qalan məqamlar vaxtında müəyyən edilərək çevik şəkildə qanunvericilik səviyyəsində aradan qaldırılsın. Çünki əsas məqsədimiz yalnız tənzimləmə və məhdudiyyət deyil. Elə etməliyik ki, bu qanun süni intellektin inkişafına mane olmasın, əksinə onun yaradıcı və innovativ sahələrdə tətbiqini stimullaşdırsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31