Müasir dövrdə diplomatik uğurun əsas şərtlərindən biri analitik düşüncə tərzidir- ÖZƏL

"Müasir beynəlxalq münasibətlər artıq yalnız dövlətlərarası siyasi əlaqələrlə məhdudlaşmır, eyni zamanda iqtisadi, mədəni, humanitar və informasiya sahələrini də əhatə edən çoxşaxəli bir sistemə çevrilmişdir. Bu baxımdan diplomatiya dövlətlərin xarici siyasət aləti olmaqla yanaşı, həm də qarşılıqlı anlaşma və etimadın formalaşmasında mühüm rol oynayır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Ünsiyyət bacarıqları, düzgün və effektiv ifadə formaları, qarşı tərəfi dinləmək, situasiyanı analiz etmək və qərarvermə prosesində soyuqqanlı yanaşma nümayiş etdirmək xüsusi əhəmiyyət kəsb edir. Müasir dövrdə diplomatik uğurun əsas şərtlərindən biri emosional deyil, məntiqi və analitik düşüncə tərzidir. Danışıqlar yalnız razılaşma əldə etmək prosesi deyil, eyni zamanda maraqların düzgün idarə olunması, balansın qorunması və uzunmüddətli əməkdaşlığın formalaşdırılması deməkdir. Bu bacarıqlar yalnız diplomatlar üçün deyil, liderlik potensialı olan hər bir gənc üçün vacib hesab olunur. Müasir dünyada münaqişələrin qarşısının alınması və onların sülh yolu ilə həlli diplomatiyanın əsas funksiyalarından biri kimi dəyərləndirilir. Dialoq, vasitəçilik və qarşılıqlı anlaşmanı bu prosesin əsas alətləri kimi dəyərləndirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31