Eyni coğrafiyada yaşayan xalqlar arasında formalaşmış qarşılıqlı  etimad- ÖZƏL

"Azərbaycan daim sülhpərvər və ədalətli mövqe sərgiləməklə bütün dövlətlərlə təhlükəsizlik şəraitində qarşılıqlı əməkdaşlıq etməyə üstünlük verib. Bu gün Cənubi Qafqazın lider dövləti olan ölkəmizin yaratdığı reallıqlar həm region ölkələrinin, həm də bütövlükdə Avrasiyanın inkişafı üçün mühüm töhfələr verir. Sülhə, sabitliyə və dinamik inkişafa xidmət edən dövlət siyasətimiz dost ölkələrin sayını artırmaqla yanaşı dünya dövlətlərini bizimlə tərəfdaşlıq etməyə və əlaqələrini daha da genişləndirməyə və sövq edir". "Olaylar" xəbər verir ki, bunu YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev deyib: "Qədim tarixi köklərə malik olan Azərbaycan-Gürcüstan münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyması buna bariz misaldır.  Eyni coğrafiyada yaşayan xalqlar arasında formalaşmış qarşılıqlı hörmət və etimad bu gün dövlətlərarası münasibətlərin əsasını təşkil edir. Bu möhkəm təməl üzərində qurulan əlaqələr hazırda regionun ən sabit və etibarlı əməkdaşlıq modellərindən biri kimi çıxış edir. Gürcüstanla Azərbaycanın dostluq və qardaşlıq münasibətləri həm region, həm də bir çox dünya dövlətləri arasında əlaqələr baxımından nümunə sayılır. Ölkə rəhbərlərinin siyasi iradəsi dövlətlər arasında münasibətlərin möhkəm təməllər üzərində qurulmasına, konstruktiv dialoq və əməkdaşlıq şəraitində dinamik inkişafına xidmət edib.

Aprelin 6-da İlham Əliyevin Gürcüstana dövlət səfəri iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə təcəssüm etdirdi. Səfər çərçivəsində keçirilən görüşlər və mətbuata verilən bəyanatlar göstərdi ki, Azərbaycan-Gürcüstan əlaqələri artıq sadəcə qonşuluq münasibətləri deyil, dərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və yeni mərhələyə qədəm qoyub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31