Qalibafdan "qanlı" ultimatum – "Atəşkəsi dərhal dayandırın, yoxsa cavabımız amansız olacaq"

İran İslam Məclisinin spikeri və İslamabad danışıqlarında İran heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf İsrailin Livanın cənubuna endirdiyi son zərbələrə görə özünün "X" platformasında sarsıdıcı bəyanat yayaraq, bu hərəkətlərin "sərt cavab"la nəticələnəcəyi barədə xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, Qalibaf Livanın və bütün "müqavimət oxu"nun atəşkəs razılaşmasının ayrılmaz hissəsi olduğunu vurğulayaraq, İsrailin hücumlarının dərhal dayandırılmasını tələb edib.

Spiker vasitəçi tərəf olan Pakistanın Baş naziri Şahbaz Şərifin də Livan məsələsini birmənalı şəkildə dəstəklədiyini və bu mövqedən geri çəkilməyin mümkün olmadığını diqqətə çatdırıb. Atəşkəs rejiminin pozulmasının "konkret nəticələri" olacağını deyən Qalibaf, "Atəşi dərhal dayandırın" çağırışı ilə hərbi eskalasiyanın davam edəcəyi təqdirdə Tehranın amansız hərbi cavab verəcəyinə işarə edib.

Aprelin 10-da İslamabadda keçiriləcək tarixi Vens-Qalibaf görüşü ərəfəsində səslənən bu kəskin bəyanat, İranın Livanı qurban verməyəcəyini və hərbi əməliyyatlar dayandırılmasa, sülh prosesinin iflic ola biləcəyini nümayiş etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31