Siyasi partiyalar maliyyə hesabatlarını təqdim etdi - SİYAHI
15:11 SiyasətAzərbaycanda dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalar 2025-ci il üzrə maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.
Trend-in məlumatına görə, MSK-ya maliyyə hesabatı təqdim edən partiyalar aşağıdakılardır:
1 Yeni Azərbaycan Partiyası (YAP)
2 Müsavat Partiyası
3 Haqq Ədalət Partiyası (HƏP)
4 Müasir Musavat Partiyası (MMP)
5 Demokratik İslahatlar Partiyası (DİP)
6 Vətəndaş Həmrəyliyi Partiyası (VHP)
7 Ağ Partiyası (AğP)
8 Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası
9 Böyük Quruluş Partiyası (BQP)
10 Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP)
11 Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP)
12 Azərbaycan Xalq Partiyası (AXP)
13 Klassik Xalq Cəbhəsi Partiyası (KXCP)
14 Respublikaçı Alternativ (REAL) Partiyası
15 Azad Vətən Partiyası (Azad Vətən)
16 "Ana Vətən" Partiyası (AVP)
17 Ədalət Partiyası
18 Böyük Azərbaycan Partiyası (BAP)
19 Yeni Zaman Partiyası (YZP)
20 Azərbaycan Ümid Partiyası (ÜMİD)
21 Azərbaycan Milli İstiqlal Partiyası (AMİP)
22 Gələcək Azərbaycan Partiyası (GAP)
23 Vəhdət Partiyası (VP)
24 Milli Cəbhə Partiyası (MCP)
25 Azərbaycan Demokrat Partiyası (ADP)
26 Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP)
Qeyd edək ki, "Siyasi partiyalar haqqında" Qanuna əsasən, siyasi partiya tərəfindən illik maliyyə hesabatı auditor rəyi ilə birlikdə hər il aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim edilir.