Yod tabletləri və regional atəşkəs: İranın önləyici addımı ÖZƏL
14:56 SiyasətBuşehr atom stansiyası ətrafında yaşayan əhali üçün mümkün radiasiya risklərinə qarşı yod tabletləri paylanır. Bu preparatlar tiroidi qoruyur və radioaktiv yodun orqanizmə daxil olmasının qarşısını alır.
Bu addımı İranın daxili təhlükəsizlik tədbiri kimi qiymətləndirmək doğrudur, yoxsa bu, regionda artan gərginliyin göstəricisidir?
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
"İranla Amerika-İsrail arasında bir müvəqqəti atəşkəs imzalandı. Amma bu təhlükələrin bitdiyi mənasına gəlmir, nəticə etibarilə zərbələr çox şiddətli olub. Nüvə obyektlərinə, terminallara zərər vurulub, bu da bəllidir. Radiasiya sızıntılarının olması, eyni zamanda ehtimal olunan fors-major durumlar yaşana bilər və ən pis halda da danışıqlar uğursuz olsa, Amerikanın nüvə hücumu şayiələri dolaşır. Bu zaman əlbəttə ki, ən effektiv variant üçün bu qeyd olunan tədbirlər göstərilir. Yəni İran tüm variantlara hazırlıq məqsədi ilə gəlir və bu tipli qabaqlayıcı tədbirlər görür. Amma bütün hallarda, yəni bunun nə olacağını düşünmürəm. Amerikanın nüvə silahından istifadə etməsi bir az absurd yanaşmadır. Sadəcə, bu təəssüratı rejim daxildə yaradır. Sülh sabah imzalansa da, belə təhlükə hər zaman qalacaq. Rejimin ayaqda qalmasının ən böyük üsullarından biri qorxu, Amerikanın qorxusu ilə iqtidarda qalmasıdır. Və bu sayədə İranda hakimiyyətlərini qoruya biləcəklərini düşünürlər".
Zeynəb Mustafazadə