Heydər Əliyevin siyasi irsi bu gün də dövlətin strateji xəttinə çevrilib- ÖZƏL
15:27 Siyasət"Heydər Əliyevin dövlətçilik fəlsəfəsi sadəcə bir siyasi kurs deyildi - bu, postsovet məkanında dağılmaq təhlükəsi ilə üz-üzə qalmış bir xalqın dövlətçilik instinktini dirçəldən, siyasi yaddaşını formalaşdıran və gələcəyə baxışını bərkitmiş tarixi zərurət idi".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:
" Bu fəlsəfə Azərbaycanın müstəqillikdən sonrakı ilk illərində qarşılaşdığı xaos, separatizm, iqtisadi çöküş və siyasi parçalanma dövründə həm qurtuluş strategiyası, həm də yenidənqurma planı rolunu oynadı. Bugünkü Azərbaycan siyasi modeli məhz bu zəmində inşa edilib.
Heydər Əliyevin təməlini qoyduğu əsas prinsip - milli maraqlara əsaslanan güclü, mərkəzləşdirilmiş, sabit idarəetmə sistemi - bu gün də dövlətin bütün əsas istiqamətlərində aparıcı xətt olaraq qalır. Həmin dövrdə o, aşağıdakı strateji yanaşmaları formalaşdırdı. Bu kurs Azərbaycanın mövcud dünya nizamında öz maraqlarını qoruyan, tərəf deyil, oyun qurucu aktora çevrilməsinə yol açıb. Ölkə bu gün yalnız öz sərhədləri daxilində deyil, Cənubi Qafqazın və Avrasiya enerji təhlükəsizliyinin mərkəzində strateji bir düyünə çevrilibsə, bu, həmin mirasın nəticəsidir. Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və qurucusudur. Onun rəhbərliyi ilə ölkə vətəndaş müharibəsi təhlükəsindən, separatizmdən və xaosdan xilas olaraq sabit inkişaf yoluna qədəm qoydu.
Ulu Öndər milli maraqlara əsaslanan dövlətçilik fəlsəfəsi formalaşdıraraq Azərbaycanın gələcək inkişaf xəritəsini müəyyənləşdirdi.
Möhkəm siyasi iradə, uzaqgörənlik və prinsipiallıq onun idarəçilik üslubunun əsas xüsusiyyətləri idi.
Heydər Əliyev Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqe qazanmasına nail oldu. Onun enerji siyasəti bu gün ölkənin iqtisadi təhlükəsizliyinin və geosiyasi çəkisinin əsas dayağıdır. Milli ideologiyanın və vətəndaş həmrəyliyinin bərqərar olunmasında onun xidmətləri əvəzsizdir. Azərbaycanın güclü orduya, sabit idarəetmə sisteminə və strateji baxışa sahib olması bu siyasi irsin davamıdır. Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün də ölkənin inkişafında əsas xətt kimi qalır.
Heydər Əliyev Azərbaycan xalqının tarixində əbədiyaşar lider kimi qalacaq".
Zeynəb Mustafazadə