Heydər Əliyev bugünkü parlamentimizin banisidir – Sahibə Qafarova
12:17 Siyasət"Ulu Öndər Heydər Əliyev xalq və Vətən yolunda göstərdiyi misilsiz xidmətlərlə adını tarixə qızıl hərflərlə yazıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda xüsusi iclasında spiker Sahibə Qafarova deyib."Ulu Öndərin misilsiz işlərindən biri də məhz onun rəhbərliyi altında ilk konstitusiyamızın hazırlanmasıdır. Biz qürurla söyləyirik ki, Heydər Əliyev, həmçinin bugünkü parlamentimizin də banisidir".
Spiker əlavə edib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi 3 dönüş nöqtəsini özündə ehtiva edir: "Bunlar müstəqil dövlətimizin ilk konstitusiyasının qəbul edilməsi, Vətən mübaribəsində qələbəmiz, ərazi bötüvlüyümüz və suverenliyimizin bərpasıdır".