To Lam Şəhidlər xiyabanını ziyarət edib

Ölkəmizdə dövlət səfərində olan Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mayın 8-də Şəhidlər xiyabanını ziyarət edib.

Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, Baş katib To Lam Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31