“Öz biznesləri üçün Putinlə oturub danışırlar, amma bazar tikmirlər”
22 Oktyabr 2013 17:17 SiyasətMillət vəkili Sabir Rüstəmxanlı Rusiyada miqrantlara və azərbaycanlılara qarşı göstərilən təzyiqlər məsələsinin Milli Məclisdə müzakirə olunmasını təklif edib. Millət vəkili əlavə edib ki, bununla bağlı Milli Məclis müvafiq sənəd qəbul etməlidir: "Bir müddət öncə "Milyarderlər İttifaqı" bir yerə yığışıb maraqlı bəyanatlar səsləndirirdi. Öz bizneslərləri ilə bağlı Putinlə oturub danışırlar, amma azərbaycanlılar üçün bir bazar tikib həmvətənlərini ora yığmırlar. Bəs niyə gedib soydaşları ilə bağlı bunu etmirlər? Xahiş edirəm, bu məsələ müzakirə edilsin, Rusiyada baş verən hadisələrlə bağlı Milli Məclisdə müvafiq sənəd qəbul olunsun".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00