“Rusiyada cəngəllik qanunları hökm sürür” - AÇIQLAMA

Rəşad Quliyev: “Rusiya hakimiyyəti əsl simasını dünyaya göstərmiş oldu”

Rusiya hər zaman bizə düşmən münasibətdə olub. Tarixə nəzər salsaq görərik ki, sovet dönəmində və ondan əvvəl də ən çox əzilən, haqqı tapdalanan da azərbaycanlılar olmuşlar. Bu sözləri "OLAYLAR"a Belçika Azərbaycanlıları Cəmiyyətinin sədri, Almaniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Quliyev  rus vətəndaşını qətlə yetirməkdə ittiham olunan azərbaycanlı Orxan Zeynalova göstərilən münasibətə fikir bildirərkən deyib. Rəşad Quliyev qeyd edir ki, Rusiyanın azərbaycanlıya qarşı bu cür münasibəti onda təəccüb doğurmayıb. Rəşad Quliyev Orxan Zeynalova qarşı edilən qeyri - insanı hərəkətlərə görə Rusiyaya qarşı sərt ifadələr söyləyib: "Dünyanın ən despot rejimlərindən biri də məhz Rusiyadadır. Bununla onlar öz hakimiyyətlərinin əsl simasını bütün dünyaya göstərmiş oldular. Rusiyada dövlət, hüquq qanunları deyil, cəngəllik qanunları hökm sürür". Rəşad Quliyev Rusiyanın Daxili İşlər Nazirliyinin əməkdaşlarının həmyerlimiz Orxan Zeynalova qarşı etdiyi hərəkəti tərbiyəsizlik kimi qiymətləndirib. "Orxan Zeynalov əgər ö cinayəti törədibsə də belə o, insandır. Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşlarının Orxan Zeynalova qarşı bu hərəkətini pisləyirəm və bütün azərbaycanlıları buna qarşı susmamağa çağırıram" deyə sədr bildirib. Belçika Azərbaycanlıları Cəmiyyətinin sədri Rəşad Quliyev: "Rusiya insanla, cinayəti sübut olunmamış müttəhimlə necə davranmağın lazım olduğunu öyrənməlidir. Bunu eyni zamanda Rusiya hakimiyyətinin yüksək vəzifəli məmurları öyrənməlidir. Köməksiz insanı o cür döymək, ona işgəncə vermək və bunu dünyaya nümayiş etdirmək dövlət siyasətində həyata keçirilən cinayətkarlığın göstəricisidir".

Sevda Qurbanqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00