Sabitliyin qarantı, sabitsizliyin mənbəyi...

ABŞ-ın Azərbaycanda seçki siyasətinin mahiyyətini müəyyənləşdirən iki əsas amil...

ABŞ-Azər­bay­can mü­na­si­bət­lə­rin­də son gün­lə­rin məh­su­lu olan iki mə­sə­lə ilə bağ­lı əsə­bi bə­ya­nat­lar azı iki ca­va­bı ola bi­lə­cək su­al do­ğu­rur: Bu və­ziy­yət in­di­yə­dək baş ver­miş nə­lə­rin­sə nə­ti­cə­si­dir, ya baş ve­rə bi­lə­cək nə­lə­rin­sə əla­mə­ti­dir?

Xa­tır­la­daq ki, söh­bət Pre­zi­dent Ad­mi­nistra­si­ya­sı­nın rəh­bə­ri Ra­miz Meh­di­ye­vin seç­ki ilə bağ­lı bö­yük həcmli mü­sa­hi­bə­sin­də­ki 25 fa­iz mə­sə­lə­si­nə ABŞ Döv­lət De­par­ta­men­ti­nin əks re­ak­si­ya­sın­dan və ABŞ sə­fi­ri Ri­çard Mor­ninqsta­rın mü­da­fiə na­zi­ri Sə­fər Əbi­yev­lə seç­ki ba­rə­də söh­bə­ti ət­ra­fın­da baş ver­miş qar­şı­lıq­lı əks-bə­ya­nat­lar­dan ge­dir. Ra­zı­la­şaq ki, hər iki­si həd­siz il­ginc mə­sə­lə­lər­dir. An­caq hər iki mə­sə­lə­nin ma­hiy­yə­ti­nə aid olan de­tal­lar üzə­rin­də da­yan­ma­ya­ca­ğıq.

Yu­xa­rı­da­kı su­a­lın həm bi­rin­ci, həm də ikin­ci his­sə­si ilə bağ­lı gün­lər­dən bə­ri müx­tə­lif çev­rə­lər­də say­sız ca­vab və şərhlər özü­nə yer alır. Su­a­lın ikin­ci his­sə­si­nə aid olan ca­vab və şərhlər bir çox hal­lar­da xü­su­si id­di­a­lar­la si­ya­si­ləş­di­ril­di­yi­nə gö­rə da­ha çox onun üzə­rin­də da­yan­ma­ğa eh­ti­yac var. Hət­ta bə­zi­lə­ri lap uza­ğa ge­də­rək gu­ya Azər­bay­ca­nın üs­tün­də ABŞ-Ru­si­ya mü­na­si­bət­lə­ri­nin, elə ABŞ-Azər­bay­can mü­na­si­bət­lə­ri­nin özü­nün də mis­li gö­rün­mə­miş də­rə­cə­də kəs­kin­lə­şə­cə­yi­ni id­dia edir­lər. İd­di­a­la­rın da­va­mı ola­raq hət­ta be­lə bir fi­kir də səs­lən­di­ri­lir ki, Azər­bay­can rəh­bər­li­yi­nin özü ha­zır­kı şə­ra­it­də ABŞ-la mü­na­si­bət­lə­ri kəs­kin­ləş­dir­mək­də ma­raq­lı­dır. La­kin qə­ri­bə­dir ki, elə so­nun­cu fik­rin mü­əl­lif­lə­ri Azər­bay­can ha­ki­miy­yə­ti­nin nə­dən bu­ra­da ma­raq­lı ol­du­ğu ba­rə­də ri­to­rik su­a­la ağıl­kə­sən ar­qu­mentlər­lə izah ve­rə bil­mir­lər. Doğ­ru­dan da hə­lə ay­lar ön­cə hə­min da­i­rə­lə­rin öz­lə­ri­nin id­dia et­dik­lə­ri ki­mi gu­ya Azər­bay­can ha­ki­miy­yə­ti Qərblə, ABŞ-la mü­na­si­bət­lə­ri is­ti­ləş­dir­mək üçün yüz mil­yon­lar­la və­sa­it sərf edir­di­sə, bu gün nə­dən hə­min mü­ba­hi­sə­li mil­yon­la­rın(?) bəh­rə­si ki­mi təq­dim edi­lən saz mü­na­si­bət­lə­rin üs­tün­dən qə­ləm çək­sin? Mən­tiq yox­dur. Mü­na­si­bət­lə­rin həd­siz kəs­kin­ləş­di­ril­mə­sin­də Azər­bay­can ha­ki­miy­yə­ti­nin ma­raq­lı ol­ma­sı mən­tiq­li səs­lən­mir. Çün­ki mü­na­si­bət­lə­rin həd­siz kəs­kin­ləş­mə­si perspek­ti­vi­nin özü ümu­miy­yət­lə yox­dur.

Seç­ki müs­tə­vi­sin­də ABŞ Azər­bay­can­la mü­na­si­bət­lə­ri­ni da­i­mi qar­şı­dur­ma müs­tə­vi­si­nə ke­çir­mək fik­rin­də ol­say­dı, bu­nu seç­ki pro­ses­lə­ri­nin ilk əv­vəl­lə­rin­dən hiss et­di­rər­di. Ni­yə "üçün­cü pre­zi­dentli­yin qır­mı­zı xətt" ol­ma­sı ba­rə­də Me­li­a­nın mü­ba­hi­sə­li fi­kir­lə­ri­nin ar­dın­ca so­na­dək ge­dil­mə­di? Ni­yə Me­li­a­nın Ba­kı­ya gə­li­şi­nin baş tut­ma­ma­sı­na sərt re­ak­si­ya ve­ril­mə­di? Ni­yə ABŞ onun seç­ki mü­şa­hi­də­çi­lə­rin­dən im­ti­na edil­mə­si­ni sa­kit­cə həzm et­di? De­mək, ABŞ-ın lap əv­vəl­dən ilk növ­bə­də si­ya­si sa­bit­li­yin qo­ru­nub sax­lan­ma­sın­da müs­təs­na ma­raq­la­rı var idi. Si­ya­si sa­bit­li­yin qo­run­ma­sı şə­ra­i­tin­də isə İl­ham Əli­ye­vin tək­rar qa­lib gə­lə­cə­yi­nə heç ki­min şüb­hə­si yox idi. De­mə­li, sa­bit­li­yin sax­lan­ma­sın­da ABŞ-ın ma­raq­lı ol­ma­sı onun ey­ni za­man­da İl­ham Əli­ye­vin da­ha bir dövr üçün pre­zi­dent se­çil­mə­si­nə ma­ne ol­ma­ğı hə­dəf gö­tür­mə­di­yi­nə tu­tar­lı bir sü­but­dur.

ABŞ-ın bu seç­ki­də Azər­bay­can­da sa­bit­lik ma­ra­ğın­da ol­ma­sı iki əsas amil­lə izah olu­na bi­lər. Amil­lər­dən bi­ri ge­o­si­ya­si, di­gə­ri isə Azər­bay­can üçün iç mə­sə­lə sə­ciy­yə­si da­şı­yır. Baş­la­yaq ABŞ üçün ge­o­si­ya­si sa­yı­lan amil­dən. Təx­mi­nən bu il av­qus­tun or­ta­la­rı­na­dək ABŞ-ın Su­ri­ya si­ya­sə­ti­nin ol­duq­ca sərt to­nu ilə se­çil­mə­si kim­sə­yə sirr de­yil və si­ya­sət­lə pe­şə­kar məş­ğul olan­lar bu sərt si­ya­sət­lə ABŞ-ın Su­ri­ya üzə­rin­dən əs­lin­də İran­la fə­al ba­zar­lıq apar­maq cəh­di­ni an­la­yır­dı­lar. Yə­ni ey­ni vaxtda həm Su­ri­ya sı­xı­lır, həm də "son­ra sə­ni vu­ra­ca­ğam" me­sa­jı ilə İra­nın nü­və proq­ra­mı­nı dün­ya­nın üzü­nə tam aç­maq is­tə­yir­di. ABŞ uzun müd­dət Su­ri­ya­ya hər­bi mü­da­xi­lə mə­sə­lə­si­nə təm­kin­li ya­na­şır, bi­lir­di ki, hər­bi mü­da­xi­lə İra­nın nü­və mə­sə­lə­sin­də kəs­kin aq­res­siv­ləş­mə­si­nə sə­bəb ola bi­lər, ina­nır­dı ki, gün­lə­rin bi­rin­də İran nə­ha­yət nü­və mə­sə­lə­si ilə bağ­lı ABŞ-la bir­ba­şa eti­mad­lı tə­mas­la­ra ge­də­cək. Be­lə də ol­du. Ru­ha­ni ki­mi Əh­mə­di­ne­jat­dan kəs­kin fərqli bi­ri­si­nin ha­ki­miy­yə­tə gəl­mə­si ABŞ üçün göy­dən­düş­mə ol­du. Av­qus­tun son­la­rın­da kim­yə­vi si­lah­lar­la bağ­lı və­ziy­yət ABŞ-ın həm Su­ri­ya si­ya­sə­tin­də, həm də İran si­ya­sə­tin­də də­yi­şik­lik et­di. ABŞ ri­to­ri­ka­nın to­nu­nu də­yiş­di. Be­lə və­ziy­yət­də ABŞ Azər­bay­can­da sa­bit­li­yin po­zul­ma­sın­da ne­cə ma­raq­lı ola bi­lər­di? Mə­gər ABŞ bil­mir­di­mi ki, Azər­bay­can mü­xa­li­fə­ti­ni sa­bit­lik üçün təh­lü­kə­li həd­də qə­dər dəs­tək­lə­mək ha­ki­miy­yə­tin də­yi­şil­mə­si təh­lü­kə­si­ni re­al­laş­dı­ra, son­da İran ha­ki­miy­yə­ti­ni qı­cıq­lan­dı­ra bi­lər­di? ABŞ ana­li­tik­lə­ri gö­zəl an­la­yır ki, Azər­bay­can­da sa­bit­li­yin ABŞ re­septlə­ri ilə is­tə­ni­lən sə­viy­yə­də po­zul­ma­sı İra­nı məm­nun edə bil­məz. ABŞ İran­la tə­zə-tə­zə dil tap­ma­ğa, onun nü­və fə­a­liy­yə­ti­ni nə­za­rə­tə gö­tür­mə­yə, bu­nun­la da özü­nün Ya­xın Şərqdə ən eti­bar­lı müt­tə­fi­qi olan İs­ra­i­li da­i­mi xof­da ya­şa­maq­dan xi­las et­mə­yə çox ya­xın­dır. Bu şə­ra­it­də ABŞ-ın Azər­bay­can­da hər han­sı xa­os və ya si­ya­si gər­gin­li­yin ya­ran­ma­sın­da ma­raq­lı ol­ma­sı de­di­yi­miz bö­yük ge­o­si­ya­si la­yi­hə­lə­rin ya­rım­çıq qal­ma­sı de­mək olar­dı. Baş­qa söz­lə de­sək, İran bu şə­ra­it­də əmin ola bi­lər­mi ki, Azər­bay­can­da ABŞ-ın dəs­tək­lə­di­yi sse­na­ri­lər əsa­sın­da xa­os pro­ses­lə­ri­nin məq­sə­di tək­cə Azər­bay­can­da ha­ki­miy­yə­ti də­yiş­mək­lə yox, həm də İran re­ji­mi­nin qol­la­rı­na ar­xa­dan ipək tor to­xu­maq cəh­di de­yil? Elə bu, İra­nın ABŞ-la ye­ni­cə baş­la­mış isi­niş­mə pro­ses­lə­ri­nə hə­mi­şə­lik "stop" de­mə­si üçün ki­fa­yət­dir. ABŞ-a bu la­zım­dır­mı? De­yi­lən­lər bu qə­na­ə­tə gəl­mə­yə əsas ve­rir ki, nə seç­ki­dən əv­vəl, nə də on­dan son­ra ABŞ Azər­bay­can­da si­ya­si gər­gin­lik, xa­os sindrom­la­rı­nın ya­şan­ma­sın­da ma­raq­lı de­yil  və ola bil­məz. Sü­bu­ta eh­ti­yac yox­dur ki, ABŞ-ın döv­lət ana­li­tik­lə­ri İl­ham Əli­ye­vi və onun ko­man­da­sı­nı in­di Azər­bay­can­da Hər cür xa­os və ida­rə­o­lun­maz gər­gin­lik yol­la­rın­da ən eti­bar­lı si­ya­si sədd he­sab edir­lər. Tək­cə bu de­mə­yə əsas ve­rir ki, Döv­lət De­par­ta­men­ti­nin tən­qi­di seç­ki ri­to­ri­ka­sı­na bax­ma­ya­raq, ABŞ İl­ham Əli­ye­vin ha­ki­miy­yə­ti ilə iş­bir­li­yi­ni bun­dan son­ra da da­vam et­di­rə­cək və seç­ki ilə bağ­lı tən­qi­di bə­ya­nat­la­rı isə ora­da­kı və bu­ra­da­kı "ide­a­list de­mok­rat­la­rı" ovun­du­ra­caq bir oyun­caq ki­mi is­teh­la­ka bu­ra­xa­caq. Seç­ki də, onun ba­rə­sin­də tən­qi­di bə­ya­nat­lar da gün­lər keç­dik­cə ta­ri­xin ar­xi­vi­nə sü­rüş­dü­rü­lə­cək. Azər­bay­can­da­kı və Er­mə­nis­tan­da­kı seç­ki­lə­rin han­sı­nın de­mok­ra­tik stan­dartla­ra da­ha çox uy­ğun gəl­mə­si, na­mi­zəd­lər­dən bi­ri­nin gül­lə­lən­di­yi seç­ki­yə mil­çək qa­na­dın­dan da na­zik tən­qid pər­də­si ar­xa­sın­dan bax­ma­ğın nə­də­ni­nə isə ca­vab ver­mək ki­mi çox çə­tin və­zi­fə ar­tıq İl­ham Əli­yev­lə və Azər­bay­can mə­mur­la­rı ilə gö­rü­şə­cək ABŞ döv­lət xa­dim­lə­ri­nin prob­le­mi­dir. Qib­tə olu­na­sı və­ziy­yət ol­ma­sa da, bu məhz on­la­rın ta­le­yi­nə ya­zı­lıb.

ABŞ-ın ha­zır­kı tən­qi­di seç­ki bə­ya­nat­la­rın­dan "İl­ham Əli­ye­vin ha­ki­miy­yə­ti bu gün-sa­bah bey­nəl­xalq izol­ya­si­ya­ya sa­lı­na­caq" ki­mi həd­siz qıc­qır­mış nə­ti­cə çı­xa­ran­lar da nə­zə­rə al­ma­lı­dır ki, ABŞ-ın tən­qid­lə­ri 9 oktyabr seç­ki­lə­ri­nin özü ki­mi ta­rix­də qa­la­caq faktlar­dan baş­qa bir şey ol­ma­ya­caq. Sa­də­cə or­ta­da bir ne­çə gün­lük vaxt fər­qi ilə...

ABŞ-ın Azər­bay­can­da seç­ki­qa­ba­ğı və seç­ki­son­ra­kı xa­os sindrom­la­rın­da ma­raq­lı ol­ma­ma­sı­nın da­xi­li mo­tiv­lə­ri da­ha ma­raq­lı­dır.

Hə­lə seç­ki­dən əv­vəl ABŞ-ın Azər­bay­can­da İl­ham Əli­yev də da­xil si­ya­si güc­lər ara­sın­da hər­tə­rəf­li və de­tal­lı mü­qa­yi­sə­lər apar­dı­ğı şüb­hə­siz­dir. Siz­cə ABŞ ana­li­tik­lə­ri bu mü­qa­yi­sə­lər­də han­sı nə­ti­cə­yə gəl­di? Al­lah xa­ti­ri­nə, de­mə­yin ki, öl­kə­də kor­rup­si­ya, mə­mur he­ge­mon­lu­ğu hal­la­rı və bə­zi qə­zet­lə­rin püs­kür­dü­yü qa­ra tüs­tü fo­nun­da ABŞ İl­ham Əli­ye­vi bir qüv­və ki­mi qa­ra­la­dı və ya kə­nar­da qoy­du. Öl­kə­nin qa­ra tüs­tü püs­kü­rən bə­zi KİV-dən və mü­əy­yən əc­nə­bi da­i­rə­lər­dən baş­qa dün­ya­da heç kim bu ne­qa­tiv­lə­ri bir­mə­na­lı şə­kil­də İl­ham Əli­ye­vin adı­na yaz­mır.

Ha­ra­da kor­rup­si­ya yox­dur, ha­ra­da mə­mur he­ge­mon­lu­ğu hal­la­rı baş ver­mir? Be­lə­lik­lə, ABŞ-ın si­ya­si güc­lər ara­sın­da apar­dı­ğı mü­qa­yi­sə­li təh­lil­lər ona han­sı məh­su­lu ver­di?

İl­ham Əli­ye­vin si­ya­si gü­cü onun şəx­si in­tel­lek­tu­al po­ten­si­a­lın­dan, sə­rən­ca­mın­da­kı döv­lət re­sursla­rın­dan, bir işa­rə ilə mo­bil­lə­şə bi­lən par­ti­ya struk­tur­la­rın­dan, ata­sı­nın xa­riz­ma və xa­ti­rə­si­nin cə­miy­yə­tin han­sı­sa bir his­sə­si üçün po­zul­maz də­yə­rə çev­ril­mə­sin­dən, ma­liy­yə re­sursla­rın­dan və bü­tün bun­la­ra gö­rə onun tə­rə­fin­də qə­rar­la­şan bö­yük ic­ti­mai-so­si­al qrup­lar­dan iba­rət­dir. Pre­zi­den­tin ən güc­lü və həl­le­di­ci­lər­dən bi­ri olan si­la­hı isə öl­kə­də si­ya­si sa­bit­li­yin qa­ran­tı ki­mi gö­rün­mə­si və onun gə­lə­cək­də də tə­mi­nat­çı­sı sa­yıl­ma­sı­dır. Mə­sə­lə bu­ra­sın­da­dır ki, Azər­bay­can xal­qı Li­vi­ya, Mi­sir, Yə­mən, Su­ri­ya ərəb­lə­rin­dən əsa­sən onun­la fərqlə­nir ki, qey­ri-sta­bil­lik şə­ra­i­tin­də və atəş al­tın­da uzun müd­dət ya­şa­ma­ğa ha­zır və meylli de­yil. Ha­di­sə­lər gös­tə­rir ki, azər­bay­can­lı­lar­dan ərəb­lər ki­mi uzun il­lər göy­dən ya­ğan od-alov al­tın­da kü­çə­lər­də "qa­tıq ban­ka­sı" ax­tar­maq, da­şı­maq ki­mi if­rat is­teh­lak­çı hə­yat tər­zi göz­lə­mək ol­maz. Azər­bay­can­lı­lar, han­sı şərtlər­lə olur­sa-ol­sun, sa­bit­li­yə də­yər ki­mi ba­xır və onu asan­lıq­la əl­dən bu­ra­xan de­yil. İl­ham Əli­ye­vin sa­bit­li­yin qo­run­ma­sı və qo­ru­na­ca­ğı ilə bağ­lı qə­tiy­yət­li və da­vam­lı bə­ya­nat­la­rı mən­ti­qi ola­raq onu Azər­bay­can cə­miy­yə­ti­nin müs­təs­na çox­lu­ğu­nun dəs­tək sub­yek­ti­nə çe­vi­rir. Eti­raf edək ki, Azər­bay­can­da­kı rüş­vət, mə­mur öz­ba­şı­na­lı­ğı və ki­çik mə­mur he­ge­mon­lu­ğu hal­la­rın­dan çox­la­rı əziy­yət çə­kir. La­kin bu kon­tekstdə əziy­yət çə­kən­lər hət­ta cə­miy­yə­tin 70-80 fa­i­zi ol­sa be­lə, on­la­rın İl­ham Əli­ye­vin əley­hi­nə ge­də­cə­yi­ni göz­lə­mək mən­zə­rə­yə ya­rım­çıq bax­maq olar­dı. On­lar ən son an­da ye­nə də sa­bit­li­yin şə­rik­siz qa­ran­tı say­dıq­la­rı İl­ham Əli­ye­vi dəs­tək­lə­mək zo­run­da­dır. Çün­ki sa­bit­li­yə tə­mi­nat ola bi­lə­cək al­ter­na­tiv qüv­və­ni ya gör­mür, ya da gör­sə də bu­na əmin de­yil. "Ya­van çö­rək ol­sun, sülh ol­sun" ki­mi müd­rik de­yim xal­qı İl­ham Əli­ye­və dəs­tək möv­qe­yi­nə yö­nəl­dən çox güc­lü ami­lə çev­ri­lir. Cə­miy­yə­ti­miz üçün aş­kar gö­rü­nən bu mən­zə­rə söz­süz ki, ABŞ və di­gər Qərb öl­kə­lə­ri üçün də ay­dın gö­rü­nür. İl­ham Əli­ye­vin ma­lik ol­du­ğu si­ya­si re­sursla­rı tam tə­səv­vür edən və bu­nu sa­bit­lik üçün ye­tər­li sa­yan Qərb da­i­rə­lə­ri po­zul­muş sa­bit­li­yi bər­pa edə bi­lə­cək al­ter­na­tiv qüv­və­nin mey­da­na çı­xa­ca­ğı­nı sa­də­lövhcə­si­nə göz­lə­mək də­rə­cə­sin­də risq edə bil­məz­di­lər, bu on­la­rın işi de­yil. Azər­bay­can bu cə­hət­dən Gür­cüs­tan və Uk­ray­na cə­miy­yət­lə­rin­dən fərqlə­nir. 2003-cü ilin son­la­rın­da Qərb gər­gin­lə­şən Gür­cüs­tan cə­miy­yə­ti üçün gənc Sa­a­kaş­vi­li­nin tim­sa­lın­da al­ter­na­tiv sta­bil­ləş­di­ri­ci qüv­və­nin əla­mət­lə­ri­ni gö­rə bil­di və si­ya­si gər­gin­li­yin Şe­var­nad­ze­nin is­te­fa­sı­na qə­dər apo­ge­yə yük­sə­li­şin­dən qorxma­dı­lar. Ey­ni söz­lə­ri Kuç­ma­nın ge­di­şi­nə qə­dər si­ya­si gər­gin­li­yi nə­za­rət­də sax­la­ya bi­lən Yuş­şen­ko­nun tim­sa­lın­da Uk­ray­na ba­rə­sin­də də de­mək olar. Bəs Azər­bay­can­da bu gün ha­ki­miy­yə­tin nə­za­rə­tin­dən çıx­mış və ya çı­xa­rıl­mış bir ne­çə yüz min­lik küt­lə­ni çər­çi­və­də sax­la­ya bi­lə­cək al­ter­na­tiv li­der var­mı? Öl­kə­nin gu­ya ən güc­lü mü­xa­li­fət qüv­və­lə­ri­nin Mil­li Şu­ra­da qrup­laş­dı­ğı­nı nə­zə­rə al­saq, gə­lin elə Mil­li Şu­ra­nı ha­ki­miy­yə­tə əsas əks qüv­və ki­mi nə­zər­dən ke­çi­rək. Tə­bii ki, Mil­li Şu­ra­dan sə­rən­ca­mın­da bö­yük döv­lət re­sursla­rı, bö­yük ma­liy­yə im­kan­la­rı tə­ləb et­mək ol­maz. Bu düz­gün ol­maz­dı. Bü­tün öl­kə­lə­rin nü­mu­nə­sin­də mü­xa­li­fə­tin əsas və həl­le­di­ci gü­cü yüz min­lər­lə, mil­yon­lar­la se­çi­ci­nin si­ya­si ira­də­si­ni və fə­a­liy­yə­ti­ni yön­lən­dir­mək mə­qa­mı­dır. Yal­nız bu im­ka­na sa­hib olan mü­xa­li­fət sa­ba­hın iq­ti­da­rı ki­mi qə­bul olu­nur. Mə­sə­lə bu­ra­sın­da­dır ki, Mil­li Şu­ra bu im­ka­na ma­lik ol­du­ğu­nu nə seç­ki­yə qə­dər, nə də on­dan son­ra heç bir for­ma­da nü­ma­yiş et­di­rə bil­mə­di. Tək qu­ru bə­ya­nat­lar­dan baş­qa. Bu­nu da ha­mı edə bi­lər­di. Mil­li Şu­ra öz təş­vi­qa­tın­da ha­ki­miy­yət­dən na­ra­zı kə­si­min zöv­qü­nü ox­şa­yan çı­xış­lar et­sə də, sa­bit­li­yə qa­rant ol­maq mə­sə­lə­sin­də İl­ham Əli­ye­və uduz­du. Də­qiq de­sək, Mil­li Şu­ra se­çi­ci­lər­lə ün­siy­yət­də sa­bit­lik mə­sə­lə­si­nə ümu­miy­yət­lə to­xun­ma­dı, sa­bit­li­yin heç vaxt po­zul­ma­ya­ca­ğı­na xalqda, az da ol­sa, əmin­lik ya­ra­da bil­mə­di. Həm də nə­in­ki ya­ra­da bil­mə­di, üs­tə­lik öz­lə­ri də göz­lə­mə­dən xal­qı po­zu­la bi­lə­cək və ida­rə­o­lun­maz si­ya­si gər­gin­li­yin və xa­o­sun xo­fu­na sal­dı­lar. Də­qiq de­sək, Mil­li Şu­ra­nın ha­ki­miy­yə­tə gə­li­şi ilə cə­miy­yə­tin xa­o­sa bü­rü­nə­cə­yi ba­rə­də əh­val-ru­hiy­yə in­san­la­ra də­rin si­ra­yət et­di. Bəl­kə də bu, Mil­li Şu­ra­nın sez­mə­di­yi və onun üçün ən uğur­suz ic­ti­mai - psi­xo­lo­ji dö­nüş mə­qa­mı ol­du.

De­mək is­tə­mi­rəm ki, bun­dan son­ra ca­ma­at sel ki­mi seç­ki mən­tə­qə­lə­ri­nə axış­dı. An­caq faktdır ki, bu də­fə səs­ver­mə­yə gə­lən­lər say ar­tı­mı ba­xı­mın­dan əv­vəl­ki seç­ki­lər­dən nə­zə­rə­çar­pan də­rə­cə­də fərqlən­di. Səs­ver­mə gü­nü ar­tan seç­ki elek­to­ra­tı­nın ək­sə­rən ki­mə səs ver­di­yi­ni isə tək­cə mən­tiq­lə mü­əy­yən­ləş­dir­mək o qə­dər də çə­tin de­yil. Be­lə ki, mü­xa­li­fə­tin bu­də­fə­ki na­mi­zə­di əv­vəl­ki seç­ki­lər­də­ki əsas na­mi­zəd­dən zə­if idi. Say­ca ar­tan seç­ki elek­to­ra­tı­nın əv­vəl­ki mü­xa­li­fət na­mi­zə­din­dən zə­if na­mi­zə­də səs ver­di­yi­ni id­dia et­mək han­sı mən­ti­qə uy­ğun gə­lə bi­lər?

Da­xi­li sa­bit­li­yin uzun­müd­dət­li tə­mi­nat­çı­sı ki­mi ta­nın­maq ba­xı­mın­dan Mil­li Şu­ra­nın ic­ti­mai rəy­də sı­fır sə­viy­yə­li dəs­tək al­ma­sı bir ne­çə ami­lin sə­bə­bi ola­raq mey­da­na çıx­dı. Li­der sa­yı­lan şəxslə­rin am­bi­si­oz sə­viy­yə­də bir-bi­ri­nə gü­zəş­tə ge­də bil­mə­mə­si isə həl­le­di­ci ol­du.

Bir an­lı­ğa 9 oktyabr seç­ki­lə­rin­dən bir ne­çə ay əv­vəl­ki döv­rə qa­yı­daq. Mil­li Şu­ra­da cəm­lə­şən və əv­vəl­ki dövrlər­də pre­zi­dentli­yə na­mi­zəd­lik id­di­a­sı­nı də­fə­lər­lə açıq or­ta­ya qoy­muş azı 5 nə­fə­rin bir-bi­ri­nə gü­zəş­tə ge­də bil­mə­mə­si ən son­da pe­şə­kar si­ya­sət­dən ümu­miy­yət­lə uzaq və pe­şə­kar si­ya­sə­tə qis­mən ya­xın olan Rüs­təm İb­ra­him­bə­yov­la Cə­mil Hə­sən­li ki­mi iki zi­ya­lı­nın üs­tün­də da­yan­ma­sı ilə nə­ti­cə­lən­di. Həm də bir-bi­ri­nin id­di­a­sı­nı həzm edə bil­mə­yən­lər bu­nu elə bir vaxtda edir­di ki, ən üzaq üfüq­lər­də be­lə ha­ki­miy­yə­tin heç ol­ma­sa tək bir­cə şü­a­sı­nın işar­tı­sı gö­rün­mür­dü. Ən pi­si o idi ki, bü­tün bun­lar xal­qın göz­lə­ri qar­şı­sın­da baş ver­di. Cə­miy­yət ara­sın­da su­al səs­lə­nir­di: hə­lə ha­ki­miy­yə­tin heç zə­if perspek­ti­vi be­lə gö­rün­mə­di­yi in­di­ki an­da bir-bi­ri­nə gü­zəş­tə ge­də bil­mə­yən bu 4-5 nə­fər öl­kə­də aza­cıq si­ya­si gər­gin­lik və xa­os əla­mət­lə­ri­nin ya­ran­ma­sı ilə aza­cıq ha­ki­miy­yət perspek­tiv­lə­ri açıl­sa, bir-bi­ri­nə nə di­van tu­ta­caq? Özü­nə su­al ver­mək­də da­vam edən in­san­lar nə­ha­yət növ­bə­ti su­a­lın üs­tü­nə gə­lib ça­tan­da "Si­ya­si sa­bit­lik və onun ha­zır­kı eti­bar­lı qa­ran­tı hər şey­dən və hər kəs­dən üs­tün­dür" de­yə­rək qə­rar ver­di: "hət­ta beş ad­dım­lıq yo­lu bir­gə get­mə­yi ba­car­ma­yan­la­rın bir­lik­də və tək­lik­də si­ya­si sa­bit­lik tə­mi­nat­çı­sı ola bi­lə­cək­lə­ri­nə inan­maq bö­yük risq de­yil­mi? Be­lə­cə, Mil­li Şu­ra­nın əsas fi­qur­la­rı­nın mü­na­si­bət­lə­ri­ni də­rin ana­liz edən­lər təd­ri­cən be­lə bir nə­ti­cə­yə gə­lir­di: "On­lar sa­bit­li­yin qa­ran­tı yox, sa­bit­siz­li­yin mən­bə­yi ola bi­lər­lər". Bu so­si­al-psi­xo­lo­ji an­da sa­bit­lik mə­sə­lə­si­ni qə­tiy­yət­lə dö­nə-dö­nə vur­ğu­la­yan İl­ham Əli­yev məhz bu ami­lə gö­rə ona al­ter­na­tiv ol­maq is­tə­yən­lə­ri bö­yük sü­rət­lə üs­tə­lə­yə­rək, əl­çat­maz mə­sa­fə­yə­dək on­lar­dan uzaq­la­şır­dı. Ara­da­kı bö­yük fər­qi Azər­bay­can cə­miy­yə­ti də, ABŞ və bü­tün Qərb də gö­rür, hər kəs özü üçün nə­ti­cə çı­xa­rır­dı. Cə­miy­yət­də ək­sə­riy­yə­tin qə­na­ə­ti bu idi ki, İl­ham Əli­ye­vi MŞ na­mi­zə­di­nin aya­ğı­na ver­mək son­da bü­tün öl­kə­da­xi­li sa­bit­li­yin qur­ban ve­ril­mə­si ilə nə­ti­cə­lə­nə bi­lər. Qər­bin də çı­xar­dı­ğı nə­ti­cə təx­mi­nən bu­na uy­ğun ol­du: Azər­bay­can­da­kı mü­xa­li­fət li­der­lə­ri­nin öz­lə­ri­nin ara­sın­da bir-bi­rin­dən hiss olu­na­caq də­rə­cə­də xa­riz­ma­tik fərq ol­ma­dı­ğı üçün həd­dən ar­tıq da­xi­li si­ya­si gər­gin­li­yi nə­za­rət al­tı­na al­maq prob­le­mə çev­ri­lə bi­lər, öl­kə­də ye­ni et­nik se­pa­ra­tizm cəhdlə­ri­nə mey­dan açı­la bi­lər, mil­lət­çi və ya di­ni ra­di­ka­lizm si­ya­si pro­ses­lər­də ha­kim cə­rə­yan­la­ra çev­ril­mək­lə so­nu gö­rün­mə­yən qey­ri-mü­əy­yən­li­yə yol aça bi­lər. ABŞ və di­gər apa­rı­cı Qərb da­i­rə­lə­ri üçün Azər­bay­ca­na mü­na­si­bət­də bu im­pe­ra­tiv seç­ki­dən son­ra da də­yiş­məz qa­lıb və çox­lu say­da prak­tik-mən­ti­qi ar­qu­mentlə­rə gö­rə hə­lə uzun müd­dət be­lə qal­maq­da da­vam edə­cək. ABŞ Azər­bay­can­da nə­in­ki ha­ki­miy­yət də­yi­şik­li­yin­də, hət­ta si­ya­si pro­ses­lə­rin tem­pin­də ha­zır­kı sta­tus-kvo­nun də­yi­şil­mə­sin­də də ma­raq­lı de­yil. Mən­ti­qi ola­raq be­lə bir nə­ti­cə çı­xır ki, ABŞ Azər­bay­can ha­ki­miy­yə­ti ilə mü­na­si­bət­lə­rin bun­dan ar­tıq so­yuq­laş­ma­sı­na so­na­dək dö­züm­lü ya­naş­ma­ya­caq, gər­gin­ləş­mə­nin qar­şı­sı­nı ala­caq və İl­ham Əli­ye­vin ha­ki­miy­yə­ti ilə iş bir­li­yi­ni da­vam et­di­rə­cək.

Elə isə ABŞ Azər­bay­can ha­ki­miy­yə­ti üçün müs­təs­na də­rə­cə­də il­ginc mə­sə­lə olan seç­ki­yə sərt tən­qid sər­gi­lə­mək­lə nə məq­səd gü­dür və Azər­bay­can­la ən azı mü­əy­yən bir dövr üçün gər­gin­lik ya­ra­na­ca­ğı­nın fər­qi­nə ni­yə var­mır? Ha­zır­da iki öl­kə ara­sın­da mü­əy­yən gər­gin­lik ar­tıq ya­ra­nıb.

Hə­lə­lik yal­nız bir ne­çə is­ti­qa­mət­də eh­ti­mal­lar­la da­nış­maq müm­kün­dür. Hər şey­dən əv­vəl onu de­yək ki, is­tə­ni­lən öl­kə­də iq­ti­dar­lı-mü­xa­li­fət­li bü­tün si­ya­si qüv­və­lər­lə uzun­müd­dət­li proq­ram­lar əsa­sın­da iş­lə­mə­yə adət et­miş ame­ri­ka­lı­lar bu­də­fə­ki tən­qid­lə­ri ilə seç­ki­də əks möv­qe tut­muş so­si­al-ic­ti­mai və ha­ki­miy­yə­tə al­ter­na­tiv möv­qe tut­muş mü­xa­lif qüv­və­lə­rin qis­mən də ol­sa kön­lü­nü al­maq və on­la­rı ən azı fi­zi­ki möv­cud­lu­ğa ruh­lan­dır­maq is­tə­yib. Ra­zı­la­şaq ki, bu seç­ki­də bey­nəl­xalq təş­ki­lat­lar­dan, ilk növ­bə­də ABŞ-dan da­ha çox şey göz­lə­yən tən­qi­di elek­to­rat və mü­xa­lif si­ya­si par­ti­ya­lar xey­li mə­yus olub­lar. Həm də on­la­rı bu və­ziy­yət­dən çı­xar­maq üçün bun­dan mü­na­sib şə­ra­it və für­sət yə­qin ki, ol­ma­ya­caq. Ək­si­nə, in­di­ki tən­qid­lə­rə bax­ma­ya­raq, ABŞ İl­ham Əli­yev ha­ki­miy­yə­ti ilə iş bir­li­yi­ni qə­tiy­yən sən­git­mə­yib və bu­nu da­ha da güc­lən­dir­mək üçün hə­lə bun­dan son­ra da çox­lu für­sət­lə­rə sa­hib ola­caq. Göz­lə­mək olar ki, mü­əy­yən vaxtdan son­ra tən­qi­di ri­to­ri­ka­lar sı­ra­dan çı­xa­caq və öz ye­ri­ni məhz ABŞ-la ənə­nə­vi rəs­mi-iş­gü­zar əmək­daş­lıq ad­dım­la­rı­na ve­rə­cək.

Sə­fir Mor­ninqsta­rın İl­ham Əli­ye­vin ina­u­qu­ra­si­ya­sı ilə bağ­lı son bə­ya­na­tın­da­kı ay­dın fi­kir­lər bu­nu təs­diq­lə­di.

Əs­lin­də, ABŞ Azər­bay­can­da seç­ki­dən əv­vəl­ki da­xi­li si­ya­si sta­tus-kvo­nun sax­lan­ma­sın­da da, ha­zır­kı tən­qi­di möv­qe­dən sıx əmək­daş­lı­ğa ye­ni­dən meyllən­mək­də də ki­fa­yət qə­dər öl­çü­lü-bi­çi­li si­ya­sət apa­rır, əy­ri-əs­kik­lik yox­dur. Qər­bin di­gər san­bal­lı öl­kə­lə­ri də ABŞ-ın "ağ­zı­na ba­xıb" Azər­bay­can­la bağ­lı si­ya­sət apa­ra­caq. Bu tək­cə Azər­bay­ca­na yox, on­la­rın öz­lə­ri­nə də la­zım­dır. Çün­ki Azər­bay­ca­nın əlin­də on­la­rın hər bi­ri­nin "ok­si­gen ba­lo­nu­na" han­sı­sa sə­viy­yə­də tə­sir gös­tər­mək rı­çaq­la­rı var. Bu mə­na­da İl­ham Əli­yev ina­u­qu­ra­si­ya mə­ra­si­min­də "Azər­bay­can heç vaxt in­di­ki ki­mi güc­lü ol­ma­yıb" fik­ri­ni cid­di əsas­la­ra söy­kə­nə­rək de­di...

Ay­dın QU­Lİ­YEV

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00