Millət vəkili dostluq qrupunu fəal olmağa çağırdı

Milli Məclisin üzvü, deputat Fəzail Ağamalı Orxan Zeynalovun məhkəməsi ilə bağlı Rusiya Dövlət Dumasına müraciət etməyi təklif edib. Millət vəkili əlavə edib ki, Rusiyada işləyən soydaşlrımıza dəstək verilməlidir: "Orxan Zeynalov bir bəhanə idi. Bu Azərbaycana təzyiq və Gömrük İttifaqına cəlb edilməsi üçün atılan addımlardır. Arif Rəhimzadənin rəhbərliyi ilə Azərbaycan-Rusiya dostluq qrupu Dövlət Duması ilə əlaqə saxlasın və müvafiq addımlarımızı ataq. Milli Məclisin narazılıqlarını onlara bildirək ki, heç olmasa siyasi məqsədlər kriminal müstəvidə radikallaşmasın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00