Rusiyanın Azərbaycana qarşı viza hədəsi

"Orxan Zeynalov hadisəsi ətrafında Rusiyanın bəzi siyasətçilərinin, KİV-lərinin bir milləti hədəfə alan şousu Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, orada yaşayan insanların həyatında mənfi izini qoyur". Bunu deyən millət vəkili Qənirə Paşayevanın sözlərinə görə, parlament dostluq qrupu məsələ ilə bağlı Rusiyalı həmkarlarla görüş keçirməlidir:
"İndi Rusiya da viza rejiminin tətbiqindən danışır. Azərbaycanı bu kimi məsələlərə qorxutmaq, təzyiq göstərmək olmayacaq. Azərbaycan müstəqil dövlətdir. Bu yalnız iki ölkə arasında münasibətlərə mənfi təsir göstərəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00