Seçki eyforiyası bitdi

"Milli Şura prezident seçkiləri ərəfəsində yeganə güvənəcəyi vasitəni-narazı elektoratı öz tərəfinə çəkə bilmədi". Belə bir açıqlama ilə çıxış edən Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu "OLAYLAR"-a deyib ki,  qurum eyni zamanda beynəlxalq ictimaiyyəti Azərbaycanda keçirilən seçkilərə və seçki prosesinə yönləndirməyə müvəffəq olmadı: "Bu səbəbdən seçkilərdən sonra kütləvi aksiyaların keçirilməsi məsələsi gündəmin əsas mövzusu olmadı. Üstəlik də Milli Şura daxilindəki davamlı ziddiyyətlər, inanmsızlıq da öz "işini" gördü". AMİP rəsmisi bildirib ki, bundan sonra keçiriləcək hər hansı bir aksiyanın da kütləviliyi yaxud, effektivliyi mümkün deyil:  "Bunun üçün nə seçki emosiyaları qalıb, nə nəyinsə dəyişəcəyinə inam".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00