Artur Rəsizadə baş nazir kimi təsdiq olundu
22 Oktyabr 2013 13:28 SiyasətMilli Məclisin sessiyası öz işinə başlayıb. Spiker O. Əsədov deyib ki, ölkə tarixində mühüm hadisə baş verib, prezident seçkiləri keçirilib: "Azərbaycan xalqı inkişafa səs verdi və prezident İlham Əliyevi seçdi. Mən bununla bağlı sizi təbrik edirəm. Prezidentin inaqurasiya prosesi Milli Məclisdə keçirildi. Məncə, bu da mühüm hadisə idi. Əgər etiraz yoxdursa mən Milli Məclisin adından prezidentə təbrik məktubu ünvanlayım. Oqtay Əsədov daha sonra deyib ki, prezident konstitusiyanın 118-cu maddəsini nəzərdə tutaraq Artur Rəsizadənin yenidən baş nazir təyin edilməsi üçün Milli Məclisə təqdimat göndərib. Xahiş edirəm bunu birinci məsələ kimi gündəliyə salaq. Gündəlik hamıya paylanıb. Deputatlar gündəliyə etiraz etməyib. Daha sonra spiker baş nazirin təqdimatını səsə qoymağa ehtiyac duyulmadığını deyib. Deputatlar baş naziri təsdiq ediblər.