Azər Həsrət “Milliyet” və CNN üçün yazmağa başladı
22 Oktyabr 2013 12:39 SiyasətSon zamanlar "Xəzər" TV-də "Tərs bucaq" adlı verilişi ilə diqqət çəkən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət artıq davamlı olaraq iki xarici media orqanı üçün də yazmağa başlayıb. Bu barədə o, mediaya verdiyi açıqlamada bildirib. Oktyabr ayından başlayaraq o, Türkiyənin ən aparıcı qəzetlərindən olan "Milliyet"də də blog yazıları ilə çıxış edir. Azərbaycan və Türkiyə münasibətləri, ümumilikdə siyasi proseslər Azər Həsrətin əsas mövzularıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00