BMT baş katibinin xüsusu elçisi Bakıdadır

Gənclər və idman naziri Azad Rəhimov  Bakıda rəsmi səfərdə olan BMT-nin baş katibinin gənclər üzrə xüsusi elçisi Əhməd Əlhəndavini qəbul edib. Nazirlikdən "OLAYLAR"-a verilən məlumata görə, nazir qonağa gənclər və idman sahəsində görülən işlər haqda qısaca məlumat verib. Azad Rəhimov gənclər sahəsində həyata keçirilən bir sıra layihələr, gənclər təşkilatlarına verilən qrantların sayının durmadan artması, ölkəmizdə fəaliyyət göstərən gənclər evləri  barədə də qonağı məlumatlandırıb. Eyni zamanda  nazir, Azərbaycanın çox yüksək səviyyədə "2015 Avropa Olimpiya oyunları" na hazırlığı, Azərbaycan idmançılarının son ildə olimpiya və qeyri olimpiya idman növləri üzrə 700  medal qazandığını və digər məlumatları qonağın diqqətinə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00