Yaltada Qara dəniz bölgəsinin qazla təminatı məsələsi müzakirə ediləcək

Oktyabrın 23-də deputat Asəf Hacıyev IV Beynəlxalq Qara Dəniz İqtisadi Forumunda iştirak etmək üçün Ukraynanın Yalta şəhərinə yola düşəcək. Bu barədə Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, toplantıda regionun makroiqtisadi vəziyyəti, gələcək inkişaf perspektivləri, Qara dəniz bölgəsinin qazla təminatı və digər məsələlər müzakirə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00