Milli QHT Forumu Qəbələdə tədbir keçirdi

Azərbaycan Milli QHT Forumu tərəfindən həyata keçirilən "2013-cü il ərzində regionlarda sağlamlıq imkanları məhdud insanların hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmə işinin təşkili" layihəsi çərçivəsində növbəti tədbir 21 oktyabr tarixində Qəbələ Turizm Otelçilik və Tədris Mərkəzində keçirilmişdir. Tədbiri giriş sözü ilə açan MQF Qəbələ R-QRTM-in direktoru Qalib Nəbiyev MQF haqqında, QHT-lərin inkişafı, vətəndaş cəmiyyətinə dövlət dəstəyi, QHT-hökumət münasibətləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstək verdiyi layihələr, regionlarda əlillərə və sağlamlıq imkanları məhdud şəxslərə qayğı mərkəzlərinin yaradılması haqqında ətraflı məlumat verdi.

Daha sonra MQF-nin prezidenti Rauf Zeyni çıxış edərək layihə haqqında iştirakçıları məlumatlandırdı. Qeyd etdi ki, layihənin məqsədi əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmiş bütün sosial-iqtisadi, şəxsi hüquq və azadlıqlarının təmin olunmasına dəstək vermək, həmçinin onların ləyaqətinə hörmət edilməsini təmin etmək və eyni zamanda, əlillərin hüquqları barədə əhalinin məlumatlılığının artırılması, əlillərə hüquqi xidmətin göstərilməsi və onların hüquqlarının qorunmasını təşkil etməkdir. R.Zeyni əlilliklə bağlı dövlət siyasətinin həyata keçirilməsi, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar, dövlət tərəfindən əlillərə göstərilən qayğı və s.barədə fikirlərini bildirdi.

Tədbirdən sonra iştirakçılar layihə heyətinə müraciət etdi, müvafiq məsləhətlər verildi. Layihə çərçivəsində çap olunan braşuralar paylanıldı. OLAYLAR

Qeyd edək ki, Milli QHT Forumu tərəfindən "2013-cü il ərzində regionlarda sağlamlıq imkanları məhdud insanların hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmə işinin təşkili" layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə  bu ilin sonunadək həyata keçiriləcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00