Milli Şuranın missiyası seçkiyə qədər idi
21 Oktyabr 2013 15:47 Siyasət"Milli Şura vaxt baxımından gecikdi. Artıq üfüqdə yeni siyasi qüvvələrin işartıları görünməkdədir". Belə bir açıqlama ilə çıxış edən Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının üzvü Əli Oruclu "OLAYLAR"-a deyib ki, yaxın zamanlarda Azərbaycan siyasi müxalifətində yeni simaların və yeni qüvvələrin şahidi olacağıq: "Milli Şuranın missiyası seçkiyə qədər idi desək bəlkə də yanılmarıq". Əli Oruclu bildirib ki, seçkilərdə Milli Şuranın məğlubiyyətə düçar olacağı qaçılmaz idi: "Əvvəlcədən də qüvvələr nisbəti arasında olan böyük fərq açıq-aşıkar görünürdü. İkinci bir tərəfdən Mili Şura narazı elektoratı öz tərəfinə çəkə bilmədi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00