Nizami Gəncəvi adına Beynəlxalq Mərkəz prezidenti təbrik edib

Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzi Prezident İlham Əliyevə təbrik məktubu göndərib. "OLAYLAR"-ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, məktubda inam ifadə edilir ki, bu qələbə dünyaya dahi Nizami Gəncəvi kimi filosof bəxş etmək fəxarətinə sahib və bizim üçün olduqca dəyərli bir ölkə olan Azərbaycanda demokratiya, dünyəvilik və vətəndaş azadlıqları institutlarını daha da gücləndirəcək: "Sizə möhkəm cansağlığı və Azərbaycanın daha da çiçəklənməsi və inkişafında böyük uğurlar arzulayırıq. Əminik ki, Sizin davamlı dəstəyinizlə Azərbaycanın mədəni irsini dünyaya uğurla tanıtdıran Nizami Gəncəvi Beynəlxalq Mərkəzi elm, maarif və beynəlxalq dialoqu təbliğ edən əsas regional mərkəzlərdən birinə çevriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00