“AXCP və Müsavat birləşə bilməyəcək” - Elxan Şahinoğlu

“Zaman-zaman bu cür ideyalar irəli sürülüb, lakin bu günədək heç biri həyata keçirilməyib, irəli sürülmüş bu təklifin də reallaşmayacağı dəqiqdir”

Hüquq müdafiəçisi Vidadi İsgəndərli müxalifətə Müsavat və AXCP-nin birləşməsini, həmçinin yeni yaradılacaq partiyanın sədrinin Cəmil Həsənlinin olmasını təklif edib. Məsələyə münasibət bildirən "Atlas" Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu hesab edir ki, AXCP və Müsavatın birləşməsi müxalifət üçün normal variant hesab edilməlidir. E.Şahinoğlu bildirdi ki, bunun baş tutacağı az inandırıcıdır, amma hər iki partiya birləşsə, bu müxalifət üçün yenilik olacaq: "AXCP və Müsavat funksionerlərinin bir araya gəlməsi mümkün deyil. Partiyaların birləşməsində əsas problem məhz funksionerlərlə bağlıdır. AXCP və Müsavatın biri-birilə əməkdaşlıq etməsinə baxmayaraq, həmişə mətbuat vasitəsilə biri digərini kəskin şəkildə ittiham edir. AXCP və Müsavat birləşmək və yeni yaradılacaq partiyanın lideri Cəmil Həsənlini seçmək istəyirlərsə, ilk növbədə müxalifət C.Həsənliyə liderlik statusunu verməlidir. C.Həsənliyə bu adın verilməsi də problemdir. Zaman-zaman bu cür ideyalar irəli sürülüb, lakin bu günədək heç biri həyata keçirilməyib. İrəli sürülmüş bu təklifin də reallaşmayacağı dəqiqdir". ("OLAYLAR "İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00