Millət vəkili Hüseyin Çəlik Azərbaycandadır

Türkiyənin tanınmış ictimai-siyasi xadimi, AKP Sədr müavini Hüseyin Çəlik Azərbaycanda səfərdədir. Millət vəkili Hüseyin Çəlik, ölkəmizə səfəri çərçivəsində "Azərsun Holdinq"in rəhbəri Abdulbari Gözəli evində ziyarət etmişdir. Görüşdə, "Azərsun Holdinq"in Azərbaycan-Türkiyə əlaqələrinin güclənməsinə verdiyi töhfələri yüksək qiymətləndirən Çəlikə, sahibkarlığa göstərilən dövlət dəstəyindən bəhs edilmiş, gələcək layihələr barədə məlumat verilmişdir. Görüşdə  Türkiyə Respublikasının ölkəmizdəki  fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun da iştirak etmişdir.

1999-cu ildən millət vəkili seçilən Hüseyin Çəlik, həmçinin 58-ci hökumət dönəmində Türkiyə Cümhuriyyəti Mədəniyyət naziri, 59 və 60-cı hökumət dönəmində isə Türkiyə Cümhuriyyəti təhsil naziri olmuşdur. OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00