ABŞ xarici siyasətində bir çox önəmli dəyişikliklər yaşanacaq- ÖZƏL
12:27 Siyasət"ABŞ seçkiləri bütün dünya siyasətini yaxından maraqlandıran hadisədir. Bu gün ABŞ-də qərar vermə günüdür. Kimin seçilməyindən asılı olaraq xarici siyasətdə bir çox önəmli dəyişikliklər yaşanacaq".
Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Əgər Tramp qalib gələrsə, xüsusən Yaxın Şərqə diqqəti daha da artıracaq. İranın Yaxın Şərqdəki fəaliyyəti ilə bağlı çox ciddi addımlar atacağı gözlənilir. Digər tərəfdən Çinlə ticarət savaşını daha da qızışdıracaq, Tayvan məsələsində dialoqla bağlı olmayan bir siyasət həyata keçirəcək. Böyük ehtimalla, Rusiya ilə münasibətləri daha da yaxşılaşdırıb, Ukrayna müharibəsinə son qoya bilər. Lakin Kamala Harris seçiləcəyi təqdirdə dünyada rəngli inqilabların yenidən başlana biləcəyi bir dövr gələ bilər. O cümlədən, Ukrayna müharibəsini uzada bildiyi qədər uzadacaq. "Ya ABŞ-nin dostusunuz, ya da düşməni" siyasətini davam etdirəcək. Buna isə politologiyada kovboy siyasəti deyilir".
Zeynəb Rzayeva