Azərbaycan regionda aparıcı, dünyada söz sahibi olan dövlətdir- ÖZƏL

"Sözü ilə əməli bir olan Müzəffər Ali Baş Komandanımız 20 il bundan əvvəl ilk dəfə andiçməsi zamanı "Əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq" deyərək xalqa verdiyi sözü yerinə yetirdi". "Olaylar" xəbər verir ki, bunu  YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev deyib: "Məhz Prezident İlham Əliyev fəaliyyətinin 20 ili tamam olan gün, 15 oktyabr 2023-cü ildə Xankəndində Azərbaycan bayrağını ucaltması ilə "Nəyi, necə, nə vaxt etmək lazımdır onu mən bilirəm" ifadəsini sözün əsil mənasında qızıl sözlər kimi hər bir insanın sevinclə, qururla təkrarladığı aksioma çevirdi.
Bu gün cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək suverenliyimizi bərpa edib, Azərbaycanı Heydər Əliyevin görmək istədiyi ölkəyə çevirib. Azərbaycan regionda aparıcı, dünyada isə söz sahibi olan dövlətdir.  2003-cü il 15 oktyabr Prezident seçkilərindən start götürən və zamanın axarında öz layiqli yerini tutan Azərbaycan dövləti Prezident İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edir və çiçəklənir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31