Ölkələrin daxili işlərinə qarışmaq ABŞ-nin sistematik dövlət siyasətidir- ÖZƏL

"ABŞ-dəki seçkilər dünya tərəfindən maraqla izlənir. Bunun da səbəbi  odur  ki,  ABŞ-nin xarici siyasi kursu başqa bölgələrə daim problemlər yaşadıb. ABŞ-nin uyğunsuz davranışı nəticəsində fərqli coğrafiyalarda müxtəlif problemlər yaşanıb, dövlətlərarası münasibətlər pozulub".



Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Nəticədə ABŞ başqa coğrafiyalarda araqarışdırıcı bir ölkə qismində çıxış edibdir. ABŞ-də demokratların və respublikaçıların hakimiyyətləri dövründə ABŞ-nin xarici siyasətində fərqlər müşahidə edilib. Demokratların iqtidarında ABŞ-nin xarici siyasət kursu daha çox xaosa köklənibsə, respublikaçıların hakimiyyətdə olduğu dövrdə bu siyasətdə müəyyən fərqliliklər olub. Heç vaxt birmənalı şəkildə demək olmaz ki, respublikaçılar iqtidarda olanda hansısa bir formada ABŞ başqa ölkələrin daxili işlərinə qarışmır. Ümumiyyətlə, ölkələrin daxili işlərinə qarışmaq, onu xaos yuvası galına gətirmək ABŞ-nin sistematik dövlət siyasətidir. Seçkilərdə Kamala Harrisin və ya Donald Trampın qələbə qazanmağı heç nəyi dəyişmir. ABŞ-də məsələləri həll edən əsas şey onun öz yanaşması, siyasət kursudur".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31